Icma.az
close
up
RU
Azadlıqdan məhrum edilmiş şəxsin qarşısına “ya cəzanı çək, ya da müharibəyə get” kimi bir alternativ qoyulması hüquqi baxımdan azad iradənin mövcudluğunu istisna edir

Azadlıqdan məhrum edilmiş şəxsin qarşısına “ya cəzanı çək, ya da müharibəyə get” kimi bir alternativ qoyulması hüquqi baxımdan azad iradənin mövcudluğunu istisna edir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rusiya həbsxanalarında saxlanılan azərbaycanlı və digər xarici vətəndaş məhbusların Ukrayna ilə müharibəyə göndərilmək qarşılığında cəzalarının azaldılması və ya tamamilə ləğvi vədi ilə seçim qarşısında qoyulması son illərin ən ciddi hüquqi və mənəvi problemlərindən biri kimi qiymətləndirilməlidir.
Bunları Newscenter.az-a hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, bu praktika təkcə bir dövlətin daxili məsələsi deyil, beynəlxalq hüquq, insan hüquqları və cəza siyasətinin əsas prinsiplərini sarsıdan təhlükəli presedentdir:
"Məsələyə hüquqi prosedur prizmasından yanaşdıqda aydın görünür ki, söhbət könüllü seçimdən deyil, açıq və ya örtülü məcburiyyətdən gedir. Həbsxana mühiti insanın iradəsinin ciddi şəkildə məhdudlaşdırıldığı bir məkandır. Azadlıqdan məhrum edilmiş şəxsin qarşısına “ya cəzanı çək, ya da müharibəyə get” kimi bir alternativ qoyulması hüquqi baxımdan azad iradənin mövcudluğunu istisna edir. Hüquq nəzəriyyəsində və beynəlxalq təcrübədə qəbul edilir ki, hədələmə, güzəşt və ya imtiyaz vədi altında verilən razılıq könüllü hesab edilə bilməz. Xüsusilə ölüm riski olan silahlı münaqişəyə cəlb olunma məsələsində bu yanaşma daha sərtdir. Belə şəraitdə məhbusun verdiyi razılıq hüquqi nəticə doğuracaq legitim iradə ifadəsi sayıla bilməz. Beynəlxalq humanitar hüquq mülki şəxslərin və xüsusilə də azadlıqdan məhrum edilmiş şəxslərin müharibəyə cəlb olunmasına son dərəcə ehtiyatla yanaşır. Cenevrə Konvensiyalarının ruhu ondan ibarətdir ki, müharibə iştirakçıları peşəkar hərbçilər və ya həqiqətən könüllü şəkildə silaha sarılan şəxslər olmalıdır. Həbsxanada saxlanılan, hüquqi və psixoloji cəhətdən asılı vəziyyətdə olan bir insanın müharibəyə göndərilməsi mülki statusun faktiki olaraq ləğvi deməkdir. Bu isə beynəlxalq hüququn mülki şəxslərin qorunmasına dair əsas mexanizmlərini sıradan çıxarır".
Hüquqşünas qeyd edib ki, xarici vətəndaş olan azərbaycanlı məhbuslar məsələsi daha ağır hüquqi nəticələr doğurur:
"Bu şəxslər nəinki azadlıqlarından məhrumdurlar, eyni zamanda başqa bir dövlətin silahlı münaqişəsində iştirak etməyə sövq edilirlər. Bu halda onların diplomatik və konsulluq müdafiəsi, ailələri ilə əlaqə imkanları və hüquqi təminatları ciddi risk altına düşür. Belə şəxslər faktiki olaraq “istifadə olunan resurs” statusuna salınır ki, bu da insan ləyaqətinə və hüququn humanist mahiyyətinə ziddir.
Cəza hüququnun fəlsəfəsinə baxdıqda bu praktikanın nə qədər təhlükəli olduğu daha aydın görünür. Cinayət cəzasının məqsədi intiqam deyil, ədalətin bərpası, məhkumun islahı və cəmiyyətə yenidən inteqrasiyasıdır. Cəzanın müharibədə iştirak müqabilində ləğv edilməsi və ya azaldılması cəza institutunu hüquqi mexanizmdən siyasi və hərbi alver alətinə çevirir. Bu yanaşma cəmiyyətə belə bir mesaj verir ki, cinayətin ağırlığı deyil, dövlətin cari ehtiyacı əsasdır. Nəticədə hüququn sabitliyi və ədalətə inam sarsılır.
Rusiya qanunvericiliyində fövqəladə hallar, amnistiya və ya əfv mexanizmləri mövcud olsa da, onların kütləvi şəkildə və konkret hərbi məqsədlər üçün tətbiqi ciddi hüquqi suallar doğurur. Xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cəzasının silahlı münaqişədə iştirak müqabilində bağışlanması hüququn proporsionallıq və fərdilik prinsiplərini pozur. Hüquq selektiv və məqsədyönlü şəkildə tətbiq edildikdə artıq hüquq olmur, idarəetmə alətinə çevrilir. İnsan hüquqları prizmasından yanaşdıqda bu praktika həyat hüququnun birbaşa risk altına qoyulması deməkdir. Məhbus müharibəyə göndərildiyi andan onun yaşamaq şansı kəskin şəkildə azalır və bu risk onun öz iradəsindən asılı olmayan şərtlərlə formalaşır. Bundan əlavə, qeyri-insani və ləyaqəti alçaldan rəftar, psixoloji təzyiq və məcburetmə elementləri də bu prosesin ayrılmaz hissəsinə çevrilir. Beynəlxalq insan hüquqları mexanizmləri bu cür halları sistemli pozuntu kimi qiymətləndirməyə əsas verir.
Sonunda səmimi bir etiraf etmək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev həm ağıllı, həm təmkinli, həm də mərd bir insan kimi örnəkdir. Onun hər bir nitqi, hər bir sözü təkcə söz deyil, Azərbaycanın dövlətinin təhlükəsizliyi və hər bir vətəndaşının harada olmasından asılı olmayaraq dövlət qayğısı ilə əhatə olunması mesajını daşıyır. Dövlət başçısı hər addımını ölçüb-biçir, nəyi, nə vaxt və necə edəcəyini dəqiq bilir, onun liderliyi yalnız idarəetmə deyil, həm də milli məsuliyyət və uzaqgörənlik nümunəsidir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Yanvar 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri