Vəkillər azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstəriblər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Penitensiar xidmətin 7, “Alyans” Vəkil Bürosunun vəkilləri isə 16 saylı cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə pulsuz hüquqi yardım göstəriblər.
Ümumilikdə 70-ə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 28 Avqust 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















