Icma.az
close
up
RU
“Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə Zəfər Günü münasibətilə tədbir keçirilib

“Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə Zəfər Günü münasibətilə tədbir keçirilib

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankarada yaşayan azərbaycanlıların mənəvi birliyinə və həmrəyliyinə xidmət edərək,  mütəmadi olaraq dəyirmi masalar, seminarlar və konfranslar keçirən  “Azaflı Sosyal Yardım Ve Kültür  Derneği”ndə   8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə vətənimizin müstəqilliyi, suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  İstiqlal marşı və Azərbaycanın himni səsləndirilib.

Tədbiri  “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin başkanı Arzuman Azaflı  açaraq   Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın olduqca əlamətdar, tarixi bir günün - müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış Zəfər Gününün 5-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyini vurğulayıb.

“Qarabağ səlnaməsi” filmi nümayiş etdirildikdən sonra Ankara Universitetinin professoru Toğrul İsmayıl çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, həmin dönəmdə Azərbaycanın hər yerində və ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın dövlətimizin və ordumuzun yanında olmasını,  bu tarixi Zəfərə öz mənəvi dəstək göstərməsini tarixi faktlar əsasında işıqlandırıb. Toğrul İsmayıl  çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqından güc alan Silahli Qüvvələrimizin 44 gün davam edən Vətən müharibəsində möhtəşəm və inamlı qələbə qazanmasına toxunaraq, bu Qələbənin yalnız silah gücü ilə deyil, ulu bir xalqın bir yumruq kimi birləşməsi, Ordunun peşəkarlığı, rəhbərin dəmir yumruğu və iradəsi, hər bir vətəndaşımızın basılmaz, ölməz Vətən sevgisi ilə mümkün olduğunu diqqətə çatdırıb. 

“Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə 8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə keçirilən tədbirdə Hacettepe Universitetində Tarix fakültəsi üzrə bakalavr və magistr təhsilini tamamlamış Kursat İsmayılın “Azerbaycan Modernleşmesi” kitabının təqdimatı keçirilib.

Tədbirdə tarixçi alimlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Hikmət Xudiyev
Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Noyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri