Icma.az
close
up
RU
AZAL “ağıllı hava limanı” qurur

AZAL “ağıllı hava limanı” qurur

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Hava Yolları QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportunda "ağıllı hava limanı" qurmağa çalışır.

Axar.az xəbər verir ki, bunu AZAL prezidentinin müşaviri Əfqan Baxışov Bakıda keçirilən Qlobal Gənclər Günündə (GYC-25) bildirib.

Onun sözlərinə görə, İKT həlləri aviasiya sahəsinə çox ciddi təsir göstərir:

"Hava naviqasiyası hazırda Azərbaycan daxil olmaqla dünyada çox istifadə olunur. Bu gün daha çox dispetçerə, bu sahədə mütəxəssisə ehtiyacımız var. Bu məsələdə bizə məhz İKT həlləri yardım göstərir. Belə həllər daha konkret və dəqiqdir. Eyni şeyləri daha sürətli və daha asan etməyə kömək edir: eyni zamanda, daha az xərclə".

O əlavə edib ki, İKT həlləri insan fəaliyyəti kimidir, lakin bu, fərqli şəkildədir:

"Bunu texnoloji yolla həyata keçirir. Buna görə biz həyatımızda istifadə edə biləcəyimiz məsələləri anlamalıyıq. Bu, təkcə təyyarə, hava məkanı, naviqasiya haqqında deyil. Belə ki, bir çox ölkələrdə hazırkı trend "ağıllı hava limanları"na sahib olmaqdır. Bəs "ağıllı hava limanı" nə deməkdir? Bu, əsasən İKT həlləri ilə bağlıdır.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda "ağıllı hava limanımı"zı qurmağa çalışırıq. Doğrudur, bununla bağlı bir çox çətinliklərimiz var. Amma eyni zamanda, bu o demək deyil ki, bunu etməyəcəyik. Hər il inkişaf edirik. İKT bu istiqamətdə bizə çox kömək edir. Təsəvvür edin ki, milyonlarla sərnişinimiz var. Bir çox sərnişinin adətən baqajı olur. Bununla bağlı bizə İKT həlləri kömək edə bilər. Yəni milyonlarla baqajımız təkcə əl ilə çeşidlənə bilməz. Beləliklə, bu, qaçılmaz bir yoldur və bunu bilirik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see389

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see345

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see335

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see326

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see297

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see282

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see268

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see265

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see260

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see260

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see258

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see255

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see245

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see243

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see241

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see213

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see211

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri