AZAL, Bakı Metropoliteni və “Azərkosmos” öz qaydaları ilə satınalma edə biləcək
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AZAL, “Bakı Metropoliteni”, “Azərkosmos” və “Aztelekom” kimi dövlət şirkətlərinin satınalmalarında yeni mexanizmin tətbiqi təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclasında “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı gündəmə gətirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sədrinin birinci müavini Cəfər Babayev bildirib ki, dövlətə məxsus kommersiya qurumlarının operativ fəaliyyətinin təmin edilməsi üçün satınalma prosedurlarının xüsusiyyətlərinin nəzərə alınmasına ehtiyac yaranıb.
Onun sözlərinə görə, hazırda SOCAR, “Azərbaycan Dəmir Yolları” və Azərbaycan Beynəlxalq Bankı kimi dövlət payı olan kommersiya qurumları müəyyən şərtlərlə öz fəaliyyətindən əldə etdikləri vəsait hesabına satınalmaları ayrıca qaydalar əsasında həyata keçirə bilirlər.
Qüvvədə olan qanunun 3.2.8-ci maddəsi də müəyyən kommersiya hüquqi şəxslərinin dövlət büdcəsi, subsidiyalar, dövlət zəmanətli kreditlər və digər sadalanan dövlət maliyyə mənbələri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına apardıqları satınalmaları ümumi satınalma rejimindən istisna edir.
Cəfər Babayev bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan AZAL, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Azərkosmos” və “Aztelekom” kimi kommersiya yönümlü müəssisələrin də operativ fəaliyyətlə bağlı analoji ehtiyacları var.
“Təklif olunan dəyişiklik məhz həmin qurumlara da eyni hüquqların verilməsi, operativ fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edir”, – o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 17 Sentyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















