AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməsi ilə bağlı iddialara cavab verib.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır.
"Qeyd etmək istərdik ki, bu xidmət yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə xidmətdir. Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda, hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur.
Bununla yanaşı, eyni bron daxilində olan ailə üzvləri və ya sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur.
Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın bir hissəsidir", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 23 May 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















