Icma.az
close
up
RU
AZAL IATA nın Ekoloji Qiymətləndirmə Proqramına qoşulub

AZAL IATA nın Ekoloji Qiymətləndirmə Proqramına qoşulub

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən IATA-nın Aviasiya Enerji Forumu çərçivəsində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Ekoloji Qiymətləndirmə Proqramı”na (IEnvA) qoşulduğunu elan edib.

Bu barədə "APA-Economics"ə AZAL-dan bildirilib.

Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar.

IEnvA aviasiya sahəsində fəaliyyət göstərən tərəfdaşların, o cümlədən aviaşirkətlər, hava limanları, yükdaşıma terminalları, ekspeditorlar, texniki xidmət təminatçıları (MRO), iaşəçilər və yerüstü xidmətləri şirkətlərinin ətraf mühitin mühafizəsi və dayanıqlılıq sahəsindəki fəaliyyətlərini davamlı şəkildə yaxşılaşdırmaq öhdəliklərini müstəqil şəkildə qiymətləndirmək məqsədilə hazırlanmış sertifikatlaşdırma proqramıdır. Bu proqram ISO14001 ekoloji idarəetmə sistemi standartı və IATA-nın Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) da daxil olmaqla, qlobal səviyyədə tanınan standartlar və sənaye üzrə ən yaxşı təcrübələrə əsaslanır. IEnvA könüllü əsasda fəaliyyət göstərən, abunəlik əsasında təqdim olunan və ətraf mühitin idarəolunması üçün hazır həll yolu təqdim edən bir sistemdir.

IEnvA sertifikatını əldə etdikdən sonra AZAL müxtəlif əməliyyat sahələrində ətraf mühitə təsirini daha yaxşı qiymətləndirə, idarə edə və optimallaşdıra biləcək. Bu, şirkətə ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa imkan verəcək.

“IATA-nın IEnvA proqramına qoşulmaq AZAL-ın dayanıqlılıq yolunda atdığı mühüm bir addımdır. Bu proqram bizə ətraf mühit üzrə göstəricilərimizi sistemli şəkildə yaxşılaşdırmaq, ən yaxşı qlobal təcrübələrlə ayaqlaşmaq və aviasiya sənayesinin dekarbonizasiya hədəflərinə töhfə vermək üçün güclü bir çərçivə təqdim edəcək,”– deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

“AZAL-ın IEnvA proqramına üzv olması şirkətin ətraf mühitin idarə olunması təcrübələrini və ümumilikdə dayanıqlılıq səviyyəsini yaxşılaşdırmaq öhdəliyini bir daha nümayiş etdirir. IATA olaraq aviasiya sənayesində dünya səviyyəli ətraf mühitin idarə olunması təcrübələrinin tətbiqində üzvlərimizlə birgə çalışmaqdan qürur duyuruq. Çünki dayanıqlılıq üzrə öhdəliklərimizi yerinə yetirmək bütün aviaşirkət sənayesi üçün həyati bir çağırışdır,”– deyə IATA-nın Avropa üzrə Regional vitse-prezidenti Rafael Şvartsman bildirib.

IEnvA proqramını tətbiq etməklə AZAL beynəlxalq aviasiya ictimaiyyəti ilə inteqrasiyasını gücləndirməyi və ətraf mühitə təsirin azaldılması üzrə qlobal aviasiya sənayesi hədəfləri ilə uzlaşmağı qarşısına məqsəd qoyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 May 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri