Icma.az
close
up
RU
Ziraat Bank Azərbaycan Yaşıl ASAN ekoloji proqramına qoşulub

Ziraat Bank Azərbaycan Yaşıl ASAN ekoloji proqramına qoşulub

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslərə önəm verən "Ziraat Bank Azərbaycan", ətraf mühitin qorunması məqsədilə ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramına qoşulub.

"Unikal" xəbər verir ki, bu təşəbbüs dövlət xidmətlərində və bank əməliyyatlarında istifadə olunan kağız resurslarının daha səmərəli idarə olunmasını və ətraf mühitin qorunmasına töhfə verilməsini hədəfləyir. Əməkdaşlıq çərçivəsində, "Ziraat Bank Azərbaycan"a məxsus baş ofisi və filiallarında ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Toplanmış kağız materialları "Ziraat Bank Azərbaycan" tərəfindən “Yaşıl ASAN” ekoloji proqramına təhvil verilir və oradan təkrar emal müəssisələrinə göndərilir. Bu layihə həmçinin ictimai maarifləndirmə məqsədi daşıyır və vətəndaşlar arasında “Yaşıl Ofis” mədəniyyətinin təşviqini hədəfləməklə yanaşı ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına yönəlir.

Qeyd etmək lazımdır ki, Bank artıq 400 kiloqramdan çox kağız tullantısını təkrar emal məqsədilə “Yaşıl ASAN” ekoloji proqramına təhvil verib. Bankın ekoloji məsuliyyətini əks etdirən bu əməkdaşlıq, Ziraat Bank Azərbaycanın davamlı inkişaf strategiyasının bir hissəsidir və “Ətraf mühitə dəyər verək” şüarı ilə həyata keçirilir.

"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see150

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri