AZAL ın Praqa Bakı reysində İNSİDENT Ekipaj üzvləri sərnişinləri qorudular
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Azərbaycan Hava Yollarının (AZAL) Praqa-Bakı reysini həyata keçirməli olan təyyarəsinin trapında sərnişinlərin narahatlığına səbəb olacaq insident yaşanıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, yanvarın 5-də baş verən hadisə ilə bağlı Praqada yaşayan azərbaycanlı öz sosial hesabında məlumat verib.
O qeyd edib ki, bir nəfər gözləmə zalından qeydiyyatdan keçmədən, qanunsuz şəkildə hava gəmisinə keçməyə cəhd göstərib. Onu saxlamaq üçün aeroportun təhlükəsizlik xidməti, polis əməkdaşları, qaramaskalı şəxslər, xüsusi təlim görmüş itlər cəlb olunublar və həmin şəxs zərərsizləşdirilib. Təhlükəsizlik xidməti əraziyə gələnə kimi həmin şəxslə əlbəyaxa olan təyyarə bələdçisi ona təyyarəyə keçməyə imkan verməyib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd olunub ki, ötən gün Praqa hava limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb.
"Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Baxış sayı:73
Bu xəbər 06 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















