Icma.az
close
up
RU
AZAL ın yarımillik uğurları

AZAL ın yarımillik uğurları

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Hava Yolları 2026-cı ilin 6 ayında marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. İlin əvvəlindən aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, hesabat dövründə qurum tərəfindən, ümumilikdə, 1,9 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım deməkdir. Bununla yanaşı, beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin sayı 4 faiz artaraq 1,6 milyona çatıb. İlin ilk yarısında aviaşirkət tərəfindən, ümumilikdə, 8,462 reys yerinə yetirilib. Onların isə 6,566-sı beynəlxalq reyslərin payına düşüb ki, bu da 7 faiz artım deməkdir. Həmçinin orta yüklənmə amili 79 faiz, punktuallıq göstəricisi isə 81 faiz təşkil edib.

Bu ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktobe, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib.

İlin ötən dövründə donanmaya 3 yeni nəsil “Airbus” təyyarəsi – 2 “Airbus A320neo” və AZAL tarixində ilk “Airbus A321neo” əlavə olunub. Bununla da istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.

Cari ilin ilk 6 ayında ölkədaxili ən intensiv marşrutlardan biri olan Bakı–Naxçıvan–Bakı xətti üzrə 1,868 reys həyata keçirilib və 367 min 651 sərnişin daşınıb. Hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.

Hesabat dövründə Azərbaycan Hava Yolları sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib. Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı “Stopover” xidmətinin əlavə edilməsi imkanını yaradıb, “Rental Car” xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün “Alipay” və “WeChat Pay”, Özbəkistan vətəndaşları üçün isə “HUMO” və “UZCARD” ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, Bakcell ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub.

Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:475
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2026 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri