AZAL rəsmisi: Avrasiyada nəqliyyat emissiyaları 30 % ə qədər arta bilər
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
2030-cu ilə qədər Avrasiyada nəqliyyat emissiyalarının 30 %-ə qədər artacağı proqnozlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, nəqliyyat sektoru iqlim dəyişikliyinə töhfə verən ən böyük və ən sürətlə inkişaf edən sahələrdən biridir: "Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu sektor qlobal enerji ilə əlaqəli karbon emissiyalarının təxminən 1/4-ni təşkil edir. Avtomobil nəqliyyatı nəqliyyat emissiyalarının ən böyük hissəsini, təxminən 3/4-nü və ya ümumi karbon emissiyalarının təxminən 15 %-ni təşkil edir. Aviasiyada isə bu göstərici 2-2,5 %, dəniz nəqliyyatında isə 3%-ə qədərdir.
Dəmir yolu isə əksinə, dünya üzrə nəqliyyat sahəsinin fəaliyyəti nəticəsində yaranan karbon emissiyalarının yalnız təxminən 1 %-nə səbəb olur. Xüsusilə şəbəkələr elektrikləndirildiyi zaman ən enerji səmərəli rejim olaraq qalır. Qəti tədbirlər görülməsə, 2030-cu ilə qədər Avrasiyada nəqliyyat emissiyaları 30 %-ə qədər artacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Oktyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















