Icma.az
close
up
RU
AZAL sərnişinləri ziyana saldı Naxçıvan reyslərində qəribə olay

AZAL sərnişinləri ziyana saldı Naxçıvan reyslərində qəribə olay

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

AZAL-ın Naxçıvan reyslərində əvvəlcədən bilet alan sərnişinlərə reysin vaxtının geri çəkilməsi ilə bağlı ingilis dilində SMS-lər göndərilməsi bir çox sərnişinin biletinin yanmasına səbəb olub. Belə ki, xarici dildəki yazıları başa düşməyən sərnişinlər mesajın yanlışlıqla gəldiyini düşünüb, biletin üzərində yazılan vaxtda aeroporta gəlirlər. Burada isə onlara təyyarənin artıq uçduğunu bildirib, növbəti reyslərə yenidən bilet almağı təklif edirlər.

Bu barədə “Gündəlik Naxçıvan”a sərnişinlər məlumat veriblər.Sərnişinlərdən Ramin Həsənov deyir ki, bu səbəbdən 240 manat ziyana düşüb:“Oktyabrın 21-də ailə üzvlərimlə birlikdə Naxçıvana getməli idik. Bileti də atam 10 gün əvvəldən almışdı. Biz reysin saat 18:10-da uçacağını bildiyimizdən, iki saat əvvəl, 16:45-də hava limanında olduq. Dedilər ki, reysin geriyə çəkilməsi ilə bağlı sizə bildiriş gəlib, təyyarəniz artıq uçub. Atamın telefonunu alıb baxdım ki, həqiqətən də üç gün öncə mesaj gəlib, ancaq ingiliscə. Bu dili bilməyən yaşlı atam mesajın haradan gəldiyini başa düşməyib. Bununla da 240 manat ziyana düşdük. Səs küy salsaq da, reysin 2 saat əvvələ çəkilməsi ilə bağlı mesaj göndəridiyini əsas gətirib, şikayətimizə baxan olmadı. Bir neçə saat yaşlı valideyinim və körpə övladımla hava limanında gözləməli oldum. Yenidən bilet alıb Naxçıvana uçduq. Biz Azərbaycanda yaşayırıq, mesajı niyə ingilis dilində göndərib, camaatı çaş-baş salırlar. Bununla bağlı məhkəməyə müraciət edəcəyəm". Tez-tez Naxçıvana təyyarə ilə gedib-gələn Ülvi Qasımov da reyslərin uçuş vaxtının dəyişməsindən, bu səbəbdə ziyana düşməsindən gileylənir:“Bir ay əvvəl səfərimi planlaşdıraraq Bakıdan Naxçıvana və Iğdırdan İstambula getmək üçün təyyarəyə əvvəlcədən bilet almışdım. Uçuşa 2 gün qalmış reysimin vaxtını 2 saat geriyə dəyişdilər. Bütün planlarım pozuldu. İğdırda görəcəyim işlər, görüşəcəyim adamlar var idi. Təyyarəyə yubanmamaq üçün görüşləri təxirə saldım, xüsusi taksi danışaraq 3 qat baha qiymətə təyyarəyə güc-bəla ilə çatdım. Reyslərin uçuş vaxtının dəyişməsi adətən hava şəraitinə, texniki səbəblərə görə olmalıdır. Lakin AZAL artıq demək olar ki, bunu bir adətə çevirib, hər gün əsas olmadan reyslərin uçuş vaxtını dəyişir. Ziyana düşən sərnişinlərə isə heç bir kompensasiya ödənilmir"."AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri