AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslərdə dəyişikliklər edildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, J2-295 nömrəli Bakı–Naxçıvan reysini yerinə yetirən təyyarə ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Hava gəmisi saat 21:09-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
Bundan başqa, J2-2257 nömrəli Bakı–Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Sərnişinlərə uçuşlarla bağlı dəyişikliklər barədə əlavə məlumat veriləcək.
AZAL bildirib ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafiklə icrasını çətinləşdirib.
Qeyd olunub ki, Naxçıvanın dağlıq relyefi, güclü külək, məhdud görmə şəraiti və sürətlə dəyişən meteoroloji vəziyyət bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir.
Bu səbəbdən uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava şəraitinə uyğun operativ qərarlar qəbul olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 13 İyun 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















