Icma.az
close
up
RU
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir

AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin məmnuniyyətini artırmaq məqsədilə yeni "AZAL Upgrade” proqramını tətbiq edib.

AZXEBER.COM xəbər verir ki, ekonom sinif bileti alan sərnişinlər bu proqram çərçivəsində biletlərini premium ekonom və biznes sinfə yüksəltmək imkanı əldə edirlər.

"AZAL Upgrade” proqramından istifadə edərək qalib gələn sərnişinlər premium ekonom və biznes sinfə aid bütün imtiyazlardan yararlana bilərlər.

Xidmətdən yararlanmağın bir neçə üsulu var. Belə ki, ekonom sinif bileti alan sərnişinlər AZAL tərəfdən elektron poçt vasitəsilə uçuşlarından öncə "AZAL Upgrade” barədə məlumat alacaqlar. Sərnişinlər e-poçtda yer alan linkə daxil olaraq öz təkliflərini irəli sürə və xüsusi qiymətə premium ekonom və biznes sinif oturacaqlar əldə edə bilərlər. Eyni zamanda, sərnişinlər azal.az saytı və mobil tətbiqində "Rezervasiyanın İdarəolunması” bölməsindən və onlayn qeydiyyat ("check-in”) bölməsindən "AZAL Upgrade” xidmətinə müraciət edə bilərlər.

Premium ekonom və biznes sinfə yüksəlmək imkanı uçuşdan 14 saat əvvələ qədər onlayn olaraq edilə bilər. Sərnişin təklif qiymətini irəli sürdükdən sonra ən geci uçuşuna 12 saat qalmışa qədər nəticələr barədə məlumat alacaq, yəni onun təklifi qəbul edilib edilmədiyi bildiriləcək.

Ödəniş yalnız təklif qəbul edildikdə həyata keçirilir. Bu xidmət üzrə ödənilən məbləğ geri qaytarılmır və dəyişdirilmir. Əgər təklif qəbul edilməzsə, heç bir əlavə ödəniş tutulmur.

Bundan savayı, əgər reysin yerinə yetirilməsi üçün təyin olunmuş təyyarə dəyişərsə və sözügedən təyyarədə biznes sinfi olmazsa, o zaman təkmilləşdirmə baş tutmur və ödənilən məbləğ sərnişinə tam şəkildə geri qaytarılır. Lakin yeni təyyarədə biznes sinif olduğu təqdirdə, o zaman müştəriyə bütün imtiyazlar təqdim olunur və heç bir dəyişiklik baş vermir.

Ətraflı məlumatı linkdənəldə edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see276

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see199

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see144

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri