AZAL “Sərfəli Cümə” kampaniyası elan edir
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Hava Yolları "Sərfəli Cümə” kampaniyasını elan edir. 25–30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.
Həmçinin "AZAL Miles” müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda "BLUEFRIDAY” promokodu ilə 35%-dək endirim qazana bilərlər.
Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər.
Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:
1–20 dekabr 2026-cı il 10 yanvar – 28 fevral 2027-ci il 1–30 aprel 2027-ci ilEndirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.
Aviabiletləri azal.az saytından, Azərbaycan Hava Yollarının mobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Baxış sayı:95
Bu xəbər 25 Noyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















