AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmada YENİLİK
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın ikinci mərhələsi aparılır.
Modern.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib.
Onun sözlərinə görə, artıq məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu araşdırırlar.
"Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ - toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar", - M.Karabayev qeyd edib.
Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 23 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















