Icma.az
close
up
RU
AZAL təyyarəsinin qəzası ilə bağlı KONKRET

AZAL təyyarəsinin qəzası ilə bağlı KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“2025-ci ilin dekabrında Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib”.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə anonim istifadəçi tərəfindən “BT News” “Telegram” kanalına göndərilən sənəddə bildirilir.

Sənədin əslində Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub olduğu iddia edilir.

Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür və məntiqi bir sual doğurur: Rusiya İstintaq Komitəsi, əslində, günahı “hava şəraitinin” üzərinə yıxırsa, o zaman hansı əsasla cinayət işinə xitam verir? Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdır? Axı faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir.

AZAL təyyarəsi “Pantsir-S1” hava hücumundan müdafiə raketi ilə vurulub və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bu sənədin məzmunu Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və “bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə” hazır olduğunu bildirmişdi.

Lakin “nə lazımdırsa”, ilk növbədə, günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir.

Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Yanvar 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri