Icma.az
close
up
RU
AZAL təyyarəsinin vurulması “Putin Sezarın bu məşhur sözünü deməlidir”

AZAL təyyarəsinin vurulması “Putin Sezarın bu məşhur sözünü deməlidir”

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Azərbaycan gərginliyi hər iki cəbhədən qarşılıqlı ittihamların dərinləşməsi ilə müşahidə olunur. Bəzi rus ekspertlər rəsmi Bakının bu məsələdəki tələblərində tam haqlı olduğunu desələr də, Azərbaycanı əsassız şəkildə ittiham edənlər də var. Məsələyə Bakıda yanaşma isə birmənalıdır: Rusiya mülki təyyarəmizi vurub və buna görə üzərinə düşən öhdəliklərə əməl etməlidir. Bu baxımdan Azərbaycan Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun hazırladığı süjetdə gerçəkləri səsləndirib Moskvanı ittiham etməsi ümumi mövqe kimi qəbul edilir.

Bakı və Moskva arasında gərginlik necə səngiyə bilər? Növbəti mərhələdə iki ölkənin münasibətləri necə olacaq?

Hurriyyet.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Rusiya hazırda haqsız aqressiya nümayiş etdirir:

“Yuli Sezar (Roma İmperatoru – red.) güzgünün önünə keçib özünə baxıb deyir: “Sezar, hirslisən, deməli, haqsızsan”. Rusiya bu gün çox hirslidir, deməli, haqsızdır. Rusiya Federasiyası nə qədər ki gerçəyi dilə gətirməyəcək, bir o qədər aqressiv davranacaq, siyasətdə rinqdən və əlcəyindən başqa intellektual baqajında heç nə olmayan Value azərbaycanlıları hədələyəcək, Rusiya vətəndaşı olan iş adamlarının əmlakının müsadirə edilməsi ilə bağlı fikirlər səsləndiriləcək. Bütün bunlar bumeranq kimi Rusiyanın özünə yönələcək. Rusların əslində hüquqi, demokratik dövlətdə yaşamadıqlarını onlara göstərəcək. Beləliklə, Rusiya Federasiyasının təməl daşlarına zərər dəyəcək”.

Hikmət Babaoğlu

Deputat qeyd edib ki, Rusiyadakı ağıllı siyasətçilər bu üslubu dəyişməlidirlər:

“Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoyulmalıdır. Rəsmi Bakı təmkinli davranır, haqqını, hüququn bərpasını tələb edir. Üçtərəfli kommisiyanın ilkin nəticəsindən aydındır ki, Azərbaycan təyyarəsi vurulub. Bu da Rusiyanın hava məkanında baş verib. Bunun Rusiya-Ukrayna müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki “kavyor əməliyyatı” Azərbaycan təyyarəsi vurulandan 8 dəqiqə sonra elan edilib. Ona görə də bunu başqa bir formada manipulyasiya etmək mümkün deyil”.

H.Babaoğlu bildirib ki, Rusiya lazımi addımları atmalıdır:

“Azərbaycanın istəyi beynəlxalq hüquqa əsasən tələblərin yerinə yetirilməsidir. Əks halda dünya siyasətindən təklənən Rusiya yaxın qonşusu və dost ölkə Azərbaycanla münasibətlərinə ciddi zərbə vurmuş olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri