Icma.az
close
up
RU
Sezarın haqqı Sezara və ya uduzan çıxır...

Sezarın haqqı Sezara və ya uduzan çıxır...

Icma.az bildirir, Apasport portalına istinadən.

Deyiblər ki, Sezarın haqqını Sezara vermək lazımdır. Bugünkü mövzumuz elə adındakı hərflərlə də Sezarı xatırladan "Kəpəz"in baş məşqçisi Azər Bağırovdu. Bağırov yəqin ki, futbolumuzdakı ən "adamsız", dəstəksiz, media gücü olmayan məşqçidi. Necəsə hamılıqla diqqətdən kənar saxladığımız, haqqını vermədiyimiz, hər dəfə özünü sübut etməli olduğunu düşündüyümüz mütəxəssis bir şəhərin, tarixi klubun yenidən aşağı liqaya yuvarlanmaması üçün gecəsini gündüzünə qatıb.

Bir-iki rəqəmlə, faktla başlayaq. Bağırovun çəlimsiz heyəti son 5 oyuna 8 xal toplayıb. "Sabah"dan 3 xalı 3 qolla alıb, "Neftçi"ni Tovuzdan Bakıya əliboş göndəriblər. Liderlərdən "Araz"a uduzmayıb, "Şamaxı"dan da 1 xal qoparıblar. 

"Kəpəz" kimi komandaların (bugünkü gündə), Azər kimi məşqçilərin bir şanssızlığı da var ki, pis nəticələr öz adlarına, yaxşı nəticələr rəqibin uğursuzluğuna yazılır. Yəni "Kəpəz" "Neftçi"ni udmur, "Neftçi" "Kəpəz"ə məğlub olur. Biz başlıqları da əsasən elə qoyuruq. "Kəpəz" "Sabah"ı məğlub etdi" yerinə, "Sabah" "Kəpəz"lə bacarmadı" deyirik. 

Təbii ki, səbəbləri aydındır. Mövsümün əvvəlində bir Allahın qulu sinəsini qabağa verib deyə bilmirdi ki, "Kəpəz" elitada qalacaq, düşməyəcək. Davamlı tənqid olunan rəhbərlik, inanılmaz zəif heyət, baş məşqçi dəyişikliyi, haqlı olaraq narazı olan azarkeşlərin yaratdığı gərgin ab-hava, stadionsuzluq. "Kəpəz"in Birinci Liqaya düşməsi üçün münbit şərait var idi. Demək olar, hamının komandadan əlini üzdüyü yerdə Azər Bağırov dedi ki, "a kişi, bir dayanın görək, hara düşürük?!" 

Son periodda cırmaqlaya-cırmaqlaya yığdığı xallarla "Səbail"i itələyib zirzəmiyə salan Bağırov, turnir cədvəlində Vaqif Cavadovun "Sumqayıt"ına da "göz vurur". 22 xalı olan iki komanda 3 gün sonra Sumqayıtda qarşı-qarşıya gələcək. Uşaq vaxtı məhəllədə oynadığımız oyunlarda belə qayda olurdu: "Uduzan çıxır". Bu oyunun afişası da mənim üçün belədir. Bunu həm klublara, həm məşqçilərinə aid etmək olar. Uduzan çıxacaq. 

Sezara qayıdası olsaq, ən azından, hamımızın yaxşı xatırladığı ötən mövsümdə Araz Naxçıvanın sükanı arxasında o, özünü sübut etmişdi. Heç aşağı yaş qruplarındakı, Region Liqası və Diviziondakı çempionluqları, yersiz-yurdsuz “Araz-Naxçıvan”ı Premyer Liqaya qədər qaldırmasını demirəm. 1 il qabaq az qala Qurban Qurbanovla müqayisə etdiyimiz Azər Bağırov “Kəpəz”i Misli Premyer Liqasında saxlasa, bu uğurunu illərlə danışmağa haqqı da olacaq. 

Və hamımızın “düşəcək” dediyi “Kəpəz” növbəti mövsüm də elitada qalsa, Azər Bağırovun “özünü sübut” problemi də bitəcək. Onda artıq bir zəhmət, hamılıqla Sezarın haqqını Sezara verərik.

"Qarabağ"ın azərbaycanlı futbolçusu Avropa yolunda - TRANSFERDƏ İSRARLIDIRLAR Birinci Liqa: "Qəbələ" "Cəbrayıl"a, "Mingəçevir" "İmişli"yə qarşı - YENİLƏNİR Azərbaycan UEFA reytinqində geriləyib “Karvan”dan növbəti transfer - rəsmi Gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri