AZALın qəzaya uğrayan təyyarəsində bir azərbaycanlının aqibəti hələ də bilinmir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.
Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.
Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
Bu mövzuda digər xəbərlər:AZALın qəzaya uğrayan təyyarəsində olan azərbaycanlılar ADLAR
25 Dekabr 2024 11:54
AZALın Aktauda qəzaya uğrayan təyyarəsində 72 nəfər olub KONKRET
25 Dekabr 2024 11:34
AZALın qəzaya uğrayan təyyarəsində olan Rusiya vətəndaşlarının siyahısı açıqlandı
25 Dekabr 2024 12:48
Kadırov AzALın qəzaya uğrayan təyyarəsində 25 nəfərin sağ qaldığını bildirib
25 Dekabr 2024 12:06
Səhiyyə Xidməti: AZALın qəzaya uğrayan təyyarəsində yaralananlardan 11nin vəziyyəti ağırdır
25 Dekabr 2024 18:29
Baxış sayı:94
Bu xəbər 26 Dekabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















