Icma.az
close
up
RU
Səhiyyə Xidməti: AZALın qəzaya uğrayan təyyarəsində yaralananlardan 11nin vəziyyəti ağırdır

Səhiyyə Xidməti: AZALın qəzaya uğrayan təyyarəsində yaralananlardan 11nin vəziyyəti ağırdır

Manqistau vilayətində baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 27 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Bu barədə APA-ya vilayətin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib.

Eyni zamanda səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək, yaralılardan bir neçəsini şəxsən müayinə edib.

O da qeyd olunub ki, Manqistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

seeBaxış sayı:46
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri