Icma.az
close
up
RU
AZALın təyyarəsinin vurulması: ermənilər odun üstünə yağ tökür DETALLAR

AZALın təyyarəsinin vurulması: ermənilər odun üstünə yağ tökür DETALLAR

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


AZAL-ın təyyarəsinin Çeçenistanda vurulmasından sonra Rusiyadakı erməni diasporu Azərbaycanla Rusiya arasında münasibətləri daha da gərginləşdirmək üçün hərəkə keçib.

Bakupost.az xəbər verir ki, bu məsələdə xüsusi fəallığı ilə seçilən erməni diaspor təşkilatlarından biri də Rusiya-Ermənistan Strateji və İctimai Təşəbbüslərinə Dəstək Mərkəzidir.

Belə ki, bu günlərdə Mərəzin saytında bloknot.ru saytına istinadən "Əliyev Rusiyadan üzr istəməyi tələb edir, bəs azərbaycanlılar ötən bir ildə hansı hadisələri törədiblər" başlıqlı yazı dərc olunub.

Öncə qeyd edək ki, bloknot.ru "RusMedia Group"un rəhbəri, rusiyalı deputat Oleq Paxalkova məxsusdur və Azərbaycana mənfi münasibəti ilə tanınır. Hətta 2013-cü ildə Paxalkov Qarabağa qanunsuz səfər etmiş və Azərbaycan XİN bununla bağlı bəyanat vermişdi.


Ermənilərin böyük həvəslə tirajladığı "Əliyev Rusiyadan üzr istəməyi tələb edir, bəs azərbaycanlılar ötən bir ildə hansı hadisələri törədiblər" başlıqlı

yazıya gəlincə, onun elə ilk cümlələrindən azərbaycanlıları qatil və cinayətkar kimi təqdim etmək istəyi açıq-aşkar hiss olunur:

"Deyirlər ki, istənilən xalqdan olan cinayətkarlar var və bu, doğrudur. Ancaq kimsə rusların Azərbaycandakı oxşar əməlləri ilə bağlı məlumatları təqdim edə bilərmi? Belə məlumatlar yoxdur. Amma məlumatlar var ki, hələ 1990-cı illərdə Bakıda rusları rus olduqlarına görə öldürüblər. Bir çox azərbaycanlı isə bu “ənənəni” Rusiyaya da gətirirlər".

Daha sonra yazıda 2024-cü il ərzində Azərbaycandan olan miqrantların Rusiyada törətdiyi və ya iştirak etdiyi cinayətlərin xronikasına geniş yer verilib.

Sonda isə "Azərbaycanlılar niyə özlərini bu cür aparırlar" deyə sual olunur və həmin suala guya Ryazanda yaşayan azərbaycanlıların cavabı təqdim olunur:

“Ruslar kişi deyil, nə uşaqları, nə də böyükləri. İylənmiş eybəcərlərdir".

Daha da irəli gedən sayt guya Bakıda "Bizim Azərbaycana gəlib eyni cür davranmağımızı istəyirsiz" sualı ilə sorğu keçirib və əsas cavab belə olub

“Biz onların ölkəmizə (Azərbaycana-red.) gəlməsini qətiyyən istəmirik. Onların burada heç bir işi yoxdur”.

Daha sonra isə qeyd olunur ki, məsələ təkcə insanlarda deyil, həm də Azərbaycanın Rusiyaya qarşı apardığı siyasətdədir:

"Keçmiş yerli məmur Tamerlan Vahabov bu siyasətin prinsiplərini belə izah edir: "Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra qərara gəldik ki, hər şeydə Rusiya Federasiyası günahkardır. Buna görə də Azərbaycan üzünü Qərbə yönəlti.

Azərbaycan Rusiya Federasiyasının regionlarında separatizmi dəstəkləyir və onları Türkiyə, Azərbaycan və NATO-nun orbitinə çıxarır.


Azərbaycan legionu Varşava üsyanını yatırmağa hazırlaşır. 1944

Rusiya ilə hibrid qarşıdurma onun iqtisadi və hərbi mövcudluğunu minimuma endirmək üçün istənilən istiqamətdə aparılmalıdır.

Azərbaycan Rusiyanı böyük iqtisadi layihələrdən sıxışdıracaq.

Böyük Turan ideyası, o cümlədən Rusiya ərazisində təbliğ edilməlidir"".

Qeyd edək ki, yazıda adı çəkilən Tamerlan Vahabov vaxtilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sabiq sədr müavini olub və sonradan ona Ukrayan DİN-də vəzifə verilib. Görünür, məhz bu fakt məqalə müəlliflərinin xoşuna gəlməyib və ona görə T.Vahabovun adından bu cür "prinsiplər" uydurublar.

Sonda isə məqalədə qeyd olunur ki, “Rusiya və SSRİ 20-ci əsr müharibələrində” statistik araşdırmasına əsasən, 40.000 azərbaycanlı Vermaxtın Azərbaycan Legionunun tərkibində İkinci Dünya Müharibəsində Üçüncü Reyxin tərəfində döyüşüb:

"Beləliklə, kimin kimdən üzr istəməsi hələ də böyük sualdır!"

Göründüyü kimi, Rusiyanın bəzi siyasi dairələri, eləcə də erməni diasporu təyyarə qəzası ilə bağlı həqiqəti etiraf etmək əvəzinə, iki dövlət, eləcə də iki xalq arasında nifaq toxumu səpmək, millətlərarası ədavəti qızışdırmaq xətti tutublar. Digər tərəfdən, elə həmin Rusiyada miqrant kimi çalışan azərbaycanlılara qarşı törədilən cinayətlərə niyə göz yumulur? Yaxud məqalə müəllifləri niyə ermənilərin 2024-cü ildə Rusiyadakı cinayətləri, - onların arasında qətl, adam oğurluğu, cinsi təcavüz, rüşvət, korrupsiya və s. kimi ağır cinayətlər üstünlük təşkil edir, - barədə susurlar?

Zaur, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri