Azarkeşlər Diniyevi oynatmadığına onu tənqid edirdi İstefaya göndərildi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin yeni klubu “Çorum” baş məşqçisi Serkan Özbaltanı istefaya göndərib.
QOL.az xəbər verir ki, klub bu barədə qərarı 1-ci liqada “Boluspor”a dünənki matçdakı məğlubiyyətdən (0:2) sonra verib.
46 yaşlı mütəxəssis 2023-cü ilin noyabrında “Çorum”u çalışdırırdı.
Qeyd edək ki, C.Diniyev “Çorum”a bu qış transfer pəncərəsində keçib. O, “Malatyaspor”la debüt matçında (2:0) əsas heyətdə yer alıb komandasının hər iki qolunu vursa da, maraqlıdır ki, komandasının sonrakı 4 matçının hamısında ehtiyatda qalıb. O, üç matçda üst-üstə cəmi 20 dəqiqə meydanda olub, dünənki görüşdə isə ümumiyyətlə, sonadək ehtiyatda qalıb.
“Çorum”da ilk oyununa uğurlu başlayan yeni transfer Diniyevin növbəti oyunlarda ehtiyata göndərilməsi təəccüblü idi. Hətta yerli azarkeşlər də bu qərara görə baş məşqçiyə etiraz edirdi. Güman olunur ki, məşqçi ilə azərbaycanlı futbolçu arasında hansısa problem olub.
Qeyd edək ki, Türkiyə superliqasına vəsiqə uğrunda yarışan “Çorum” hazırda 28 oyundan 39 xalla 10-cu yeri tutur.
Baxış sayı:71
Bu xəbər 06 Mart 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















