Azarkeşlər Respublika stadionundan narazı qaldı FOTO
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün keçirilən “Qarabağ” – “Kopenhagen” oyununu izləməyə gələn azarkeşlər stadionla bağlı narazılıqlarını ifadə ediblər.
Metbuat.az-ın məlumatına görə, sosial şəbəkə istifadəçisi Orxan Rzayev bu barədə paylaşım edərək, xaricdəki futbol stadionu ilə T.Bəhrəmov stadionunu müqayisə edib:
“1-ci şəkildə “Benfika” stadionu, 10-cu sırada oturmuşam. 2-ci şəkildə isə Tofiq Bəhramovda 5-ci sırada oturmuşam. Dünən demək olar ki, oyunu normal izləmək mümkün olmadı, monitordan izlədik oyunu. Futbol üçün heç uyğun deyil və zövq vermir”.
“Olimpiya stadionumuz var, qaçış cığırları və s. hər şərait var. Tofiq Bəhramovu yenidən, əsl futbol stadionu kimi tikmək vaxtıdır, məncə. Azarkeş tutumu da 40-50 minə qədər artırıla bilər. Olar möhtəşəm futbol stadionu, Bəhramovun da ruhu şad olar”, - deyə o qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Baxış sayı:74
Bu xəbər 02 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















