Azarkeşlər stadiona getməkdən imtina edirlər
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın "Latsio" klubu növbəti mövsümdə ev oyunlarında azarkeş dəstəyindən məhrum olmaq təhlükəsi ilə üz-üzə qalıb.
QOL.az xəbər verir ki, Roma klubunun ən böyük azarkeş qruplaşması bununla bağlı xüsusi bəyanat yayıb. Bəyanatda bildirilir ki, tərəfdarlar A Seriyası və İtaliya Kuboku çərçivəsində keçiriləcək ev oyunlarına getməkdən birmənalı şəkildə imtina edəcəklər.
Boykotun əsas səbəbi kimi klub rəhbərliyindən, xüsusən də "Latsio"nun prezidenti və sahibi Klaudio Lotitodan olan narazılıq göstərilir. Qeyd edək ki, italiyalı funksionerə qarşı daha əvvəl də bu cür etiraz aksiyaları təşkil olunub.
Məlumata görə, paytaxt təmsilçisinin azarkeşləri klubun yürütdüyü transfer siyasətindən, komandaya yatırılan investisiyaların çatışmazlığından və bilet qiymətlərinin bahalığından kəskin şəkildə narazıdırlar.
Xatırladaq ki, başa çatan A Seriyası mövsümündə "Latsio" turnir cədvəlini 9-cu pillədə başa vurub və bununla da ardıcıl ikinci dəfə avrokuboklara vəsiqə qazana bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 İyun 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















