Qarabağ Neftçi oyunlarında rəqib azarkeşlər stadiona buraxılmayacaq?
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri "Palm Sports Arena”nın IV ehtiyat meydançasında təşkil olunan oyuna buraxılmayıblar.
Məlumata görə, bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır. Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.
Müvəqqəti xarakter daşıyan qərar Premyer Liqa matçlarına aid deyil.
Peşəkar Futbol Liqasından Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib:
"Hərzaman olduğu kimi, oyun bitdikdən sonra AFFA nümayəndəsinin qeydlərinə əsasən müzakirələr aparıla bilər".
Qeyd edək ki, son günlər "Qarabağ” və "Neftçi” azarkeşləri arasında gərginlik artmaqdadır. "Köhlən atlar” UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki "Nyukasl”la oyuna görə Premyer Liqanın XXV turu çərçivəsində fevralın 21-də "Neftçi” ilə keçiriləcək görüşün təxirə salınmasını istəyib. Bakı təmsilçisi isə bundan imtina edib. Sonradan "Qarabağ" rəhbərliyinin aidiyyəti üzrə müraciət etməsindən sonra qarşılaşmanın təxirə salınacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 Fevral 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















