Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İngiltərədə “Mançester Siti” azarkeşlərini daşıyan avtobus Karabao Kuboku finalına gedərkən yolda alovlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qərbi Midlends bölgəsində, M6 avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, avtobus “Arsenal”la keçiriləcək final qarşılaşmasını izləmək üçün Uembliyə yollanan azarkeşləri daşıyırmış. Yanğın avtobus hərəkətdə olarkən başlayıb və nəqliyyat vasitəsi dərhal yol kənarında dayandırılıb.
Hadisə zamanı sərnişinlər operativ şəkildə təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.
Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunaraq alovu nəzarət altına alıb. Güclü alov və tüstü səbəbindən M6 yolunun bir hissəsi müvəqqəti bağlanıb, bu isə bölgədə nəqliyyatın hərəkətinə təsir göstərib.
Avtobus şirkətinin açıqlamasında bildirilib ki, bütün sərnişinlər və sürücü təhlükəsiz şəkildə xilas edilib. Azarkeşlər sonradan alternativ nəqliyyat vasitələri ilə Uembliyə çatdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 22 Mart 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















