Icma.az
close
up
RU
Azay Quliyev: “Amnistiya aktı onlara şamil olunur“ VİDEO

Azay Quliyev: “Amnistiya aktı onlara şamil olunur“ VİDEO

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Real TV-yə verdiyim müsahibədə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən yaxın günlərdə müzakirə ediləcək Amnistiya haqqında Qərar layihəsini şərh etdim.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul olunacaq bu Amnistiya aktı həm tətbiq dairəsinə, həm də şamil olunacaq şəxslərin sayına görə müstəqil Azərbaycan tarixinin ən genişmiqyaslı amnistiya qərarıdır. Təxminən 20 min vətəndaşımız dövlətimizin humanizm siyasətindən faydalanacaq.

Amnistiya aktı ilk növbədə Birinci və İkinci Qarabağ müharibələrinin, eləcə də 2023-cü ilin sentyabrında ölkəmizin suverenliyi və konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilmiş antiterror əməliyyatının iştirakçılarını, həmin müharibələrdə və antiterror əməliyyatlarında şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərini, Ermənistandan deportasiya edilmiş soydaşlarımızı, keçmiş məcburi köçkünləri, Xocalı soyqırımı qurbanlarının yaxınlarını, Vətən müharibəsi zamanı Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində zərər çəkmiş şəxsləri, şəhid ailələrini və qaziləri əhatə edir.

Bununla yanaşı, Amnistiya aktı Çernobıl qəzasının iştirakçılarına, qadınlara, 18 yaşına çatmayanlara, 60 yaşdan yuxarı şəxslərə, sağlamlığının 61–100 faizini itirmiş vətəndaşlara və digər sosial həssas kateqoriyalara da şamil olunur.

Müsahibə zamanı Amnistiya aktının 6-cı və 7-ci maddələrində nəzərdə tutulan məhdudiyyətlərə də toxundum. Həmin maddələrdə amnistiyanın hansı hallarda tətbiq edilə bilməyəcəyi açıq şəkildə müəyyən olunur. Eyni zamanda, amnistiyanın tətbiq müddəti və onun icrasını həyata keçirən dövlət qurumları barədə də ətraflı məlumat verdim.

Bu tarixi qərar bir daha göstərir ki, Azərbaycan dövləti güclü olmaqla yanaşı, humanizm prinsiplərinə sadiq, sosial ədaləti və ictimai barışı daim ön planda tutan dövlətdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən müharibəsi iştirakçılarını, şəhid ailələrini və qaziləri prioritet olaraq önə çəkməsi dövlətin bu kateqoriyadan olan vətəndaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Yüz minlərlə vətəndaşımızı sevindirəcək bu qərar ictimai barışın möhkəmlənməsinə, milli birliyin və siyasi həmrəyliyin daha da güclənməsinə xidmət edəcək.

Ümid edirik ki, amnistiyadan faydalanan vətəndaşlarımız dövlətin bu humanist addımından düzgün nəticə çıxararaq gələcəkdə qanunlara hörmətlə yanaşacaq, cinayət törətməyəcək, cəmiyyətə sağlam şəkildə inteqrasiya olunacaq və hər zaman dövlətinin yanında olacaqdır.

Daha ətraflı linkdə:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri