Icma.az
close
up
RU
Azay Quliyev: “Əldə etdiyimiz qələbə ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqlara örnəkdir“

Azay Quliyev: “Əldə etdiyimiz qələbə ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqlara örnəkdir“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən möhtəşəm zirvələrdən biri, milli mübarizəmizin, qəhrəman əsgər və zabitlərimizin şücaətinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsi olaraq yaddaşlara həkk olunmuş əbədi və tarixi gündür.

Bu gün təkcə bir təqvim tarixi deyil, əsrlərlə işğal, təzyiq və məhrumiyyətlər qarşısında sınmayan xalqımızın əzminin, iradəsinin, müstəqillik və suverenlik amalının parlaq təntənəsidir. Bu günün təsis edilməsi təkcə tariximizin ən parlaq səhifəsini yaddaşlarda əbədiləşdirmir, həm də gələcək nəsillərə milli qürur, dövlətçilik məsuliyyəti və vətən sevgisi aşılayır.

Azərbaycan xalqı bütün tarixi boyunca öz müstəqilliyi uğrunda mübarizə aparmış, ən ağır sınaqlara sinə gərmiş, lakin heç vaxt azadlıq və dövlətçilik idealından geri çəkilməmişdir. Otuz ildən artıq davam edən işğal, beynəlxalq hüququn pozulması, soyqırımlar, etnik təmizləmə və dağıntılar xalqımızın iradəsini qıra bilməmiş, əksinə, milli birliyi, mübarizə ruhunu daha da möhkəmləndirmişdir.

2020-ci ildə əldə edilən tarixi Zəfərdən sonra 2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, 2023-cü ilin 20 sentyabrında bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatizmin kökünün birdəfəlik kəsilməsilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, dövlət suverenliyi bərpa edildi. Bu, yalnız hərbi uğur deyil, həm də beynəlxalq hüququn, tarixi ədalətin və milli qürurun qələbəsi idi. Azərbaycan bu addımı ilə bütün dünyaya göstərdi ki, heç bir işğal, heç bir xarici müdaxilə və heç bir separatçı xülyalar əbədi ola bilməz.

Bu, böyük qələbələrin arxasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, sarsılmaz əzmi, diplomatik məharəti dayanır. Onun uzaqgörən siyasəti, prinsipial mövqeyi və dəmir yumruğu nəticəsində Azərbaycan nəinki işğala son qoydu, həm də güclü dövlət kimi öz sözünü və qələbəsini dünyaya qəbul etdirdi.

Xarici təzyiqlərə, beynəlxalq səviyyədə müxtəlif təhdid və təzyiqlərə baxmayaraq Prezident İlham Əliyev sona qədər mübarizə apardı, heç bir güzəştə getmədi və qalib gəldi. Bu Liderlik Azərbaycan xalqının tarixində müstəsna rol oynadı, dövlətimizin müstəqilliyini və suverenliyini əbədi olaraq möhkəmləndirdi, Azərbaycanı bütöv, tam müstəqil və suveren dövlət kimi regionda sülhün, sabitliyin və ədalətin rəmzinə çevrdi.

Bu tarixi gün həm də dünya dövlətləri üçün mühüm siyasi mesajdır. Azərbaycan sübut etdi ki, əgər bir xalq öz torpaqlarına, milli kimliyinə, dövlətçilik ənənələrinə sadiqdirsə, gec-tez ədaləti təmin edir və suverenliyinə sahib çıxır. Azərbaycanın əldə etdiyi bu qələbə ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan xalqlara örnəkdir, gələcək nəsillərə isə əbədi dərsdir: yalnız milli birliyə, güclü dövlətə, qətiyyətli rəhbərliyə, döyüşkən orduya və xalq-hakimiyyət həmrəyliyinə söykənən mübarizə uğurla nəticələnir.

Dövlət Suverenliyi Günümüz mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see238

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see217

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see201

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see196

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see170

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see162

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see149

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see138

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see135

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see132

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see131

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see130

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri