Icma.az
close
up
RU
Kəlbəcər: Azərbaycanın ərazi bütövlüyü uğrunda əldə etdiyi möhtəşəm qələbə

Kəlbəcər: Azərbaycanın ərazi bütövlüyü uğrunda əldə etdiyi möhtəşəm qələbə

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər bölgəsi zəngin təbiəti, mineral suları, dağlıq landşaftı və arxeoloji tapıntıları ilə seçilir. Tarixi mənbələrə əsasən, Kəlbəcər ərazisi hələ antik dövrdən etibarən müxtəlif tayfaların məskunlaşdığı mühüm strateji bölgələrdən olmuşdur. Bölgədəki Xudavəng monastır kompleksi, Lev çayı vadisindəki kurqanlar, hərb tarixinə aid qalalar, aşıq sənətinin canlı ənənələri Kəlbəcərin mədəni və tarixi dəyərinin yalnız bir hissəsidir.

1993-cü ildə Kəlbəcərin işğalı bölgənin tarixində ağır bir faciə idi. Minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur olmuş, yüzlərlə tarixi abidə dağıdılmış, təbii sərvətlər talan edilmişdir. Lakin bütün çətinliklərə baxmayaraq, kəlbəcərlilər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirdilər.
İşğal zamanı rayonun 511 dinc sakini öldürülmüş, 321 nəfəri əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. İşğal nəticəsində yüzlərlə tarixi mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və muzey, xəstəxanalar və digər infrastrukturlar talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
ci il Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və Ali Baş Komandanın siyasi iradəsi nəticəsində 25 noyabr 2020-ci ildə Kəlbəcər sülh yolu ilə Azərbaycana qaytarıldı. Lakin ermənilər bu ərazini tərk edərkən, ətraf mühitə ciddi ziyan vurmuş, biomüxtəlifliyi məhv etmiş və meşələri yandırmışlar.
Bu gün Kəlbəcərin tarixində dönüş nöqtəsi oldu. İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin başlanması xalqımız üçün ruh yüksəkliyi yaratdı və yeni inkişaf mərhələsinin əsasını qoydu.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Yeni yollar, tunellər və körpülər inşa olunur. Xüsusilə Laçın–Kəlbəcər və Tərtər–Kəlbəcər avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edilmişdir.
25 noyabr – yalnız bir tarixi qayıdış günü deyil. Bu gün Azərbaycanın suverenliyinin gücünü, xalqımızın birliyini və iradəsini, şəhidlərimizin müqəddəs xatirəsini, Kəlbəcərin bərpasına başlanılan yeni inkişaf mərhələsini simvolizə edir. Bu gün hər bir azərbaycanlı üçün qələbə ruhunun, torpaq sevgisinin və vətənə bağlılığın rəmzidir.
Kəlbəcər artıq böyük qayıdışın təcəssümünə çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti və quruculuqda iştirak etməklə həm tarixə, həm də gələcək nəsillərə öz töhfəsini verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır.
İşğaldan azad edilmiş Kəlbəcər bu gün yeni həyatını yaşayır – inkişaf, yenidənqurma, dirçəliş və böyük gələcək yolunda inamla irəliləyir.
Böyük qürur və fəxr hissi ilə deyə bilərik ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü tarixi qayıdışın, mədəni irsin və zəfərin rəmzidir. Kəlbəcər Şəhəri Günü Azərbaycan tarixində xüsusi bir gün kimi qeyd olunur. Bu tarix Kəlbəcər şəhərinin işğaldan azad edilməsi nəticəsində Kəlbəcərdən olan məcburi köçkünlərin doğma el-obasına böyük qayıdışını simvolizə edir. 25 noyabr həm Kəlbəcərin tarixi irsinə ehtiram, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda əldə etdiyi möhtəşəm qələbənin təntənəsidir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri