Icma.az
close
up
RU
Azəbaycan Hakimlərinin II Forumu çərçivəsində ikinci panel müzakirəsi keçirilib

Azəbaycan Hakimlərinin II Forumu çərçivəsində ikinci panel müzakirəsi keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 fevral, Nailə Həsənova, Səbinə Əlizadə, foto Azər İbrahimov, video Mirrəsul Cəfərov, AZƏRTAC

Bakıda təşkil edilən Azəbaycan Hakimlərinin II Forumu çərçivəsində “İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: Təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi (dəyişdirilməsi), inzibati praktikada bərabər yanaşma və etimadın qorunması” mövzusunda ikinci panel müzakirəsi olub.

AZƏRTAC xəbər verir ki, panel müzakirədə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, sosial mübahisələrin mümkün qədər məhkəməyə çatdırılmadan, preventiv və əsaslandırılmış şəkildə həll olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas meyarlarından biridir. Onun sözlərinə görə, son illər diqqət qərarların əsaslandırılmasına, prosedurların ilkin mərhələdə düzgün aparılmasına və inzibati izahat mexanizmlərinin gücləndirilməsinə yönəldilib. Məqsəd vətəndaşların illərlə məhkəmə proseslərini gözləməsinin qarşısını almaq və məsələlərin mümkün qədər qısa müddətdə həllini təmin etməkdir.

Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva iqtisadi münasibətlərin tənzimlənməsində rəqəmsallaşmanın, şəffaflığın və çevik hüquqi mexanizmlərin mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, iqtisadi münasibətlərin iştirakçıları, o cümlədən sahibkarlıq subyektləri özünəməxsus xarakterik xüsusiyyətlərə malikdir və bu münasibətlərin dinamikasında baş verə biləcək pozuntu və sui-istifadə hallarının qarşısının alınması üçün effektiv nəzarət mexanizmləri zəruridir.

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Güloğlan Muradlı çıxışında qeyd edib ki, ticarət dövriyyəsinin artması fonunda hüquq pozuntularının sayı da yüksəlməkdədir: "Bu halların qarşısının alınması məqsədilə DGK tərəfindən institusional və preventiv tədbirlər həyata keçirilir. Gömrük sahəsində yaranan inzibati-hüquqi mübahisələrin məhkəməyə qədər həllini təmin etmək üçün komitənin mərkəzi aparatında müvafiq icraat və struktur bölmələri yaradılıb".

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki,

son illər daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi sənədlərin tamlığı və hüquqi əsasların düzgün formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, məhkəmə təcrübəsində formalaşmış yanaşmaya əsasən, istismar olunan obyekt üzrə mənzil və ya qeyri-yaşayış sahəsinin tanınması üçün müvafiq hüquqi və texniki sənədlərin mövcudluğu əsas şərt hesab edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri