Icma.az
close
up
RU
II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələr keçirilir

II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələr keçirilir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirələr davam edir. Forum Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində keçirilir. Panel müzakirələrdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər, ali təhsil və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri, eləcə də aqrar sahədə ixtisaslaşmış özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumun ilk günündə “Süni intellektin aqrar sahədə tətbiqi”, “Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli”, “Aqrar sahədə kooperasiya ekosisteminin və sahibkarlığın inkişafı”, “Aqrar sahədə qadınların rolu: dəstək mexanizmləri və təşəbbüslər” mövzularında panel sessiyaları keçirilib. “Süni intellektin aqrar sahədə tətbiqi” panelində rəqəmsallaşma və süni intellekt texnologiyalarının kənd təsərrüfatı istehsalına və idarəetməyə təsiri ətraflı şəkildə müzakirə olunub. “Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli” panelində isə aqroparkların regionların iqtisadi inkişafındakı rolu, idarəetmə mexanizmləri və investisiya cəlbediciliyi kimi mövzular ön plana çıxarılıb.

Forumun ikinci hissəsində keçirilən “Aqrar sahədə kooperasiya ekosisteminin və sahibkarlığın inkişafı” panelində kənd yerlərində kooperativ modellərin gücləndirilməsi, fermerlərə dəstək alətləri və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi istiqamətində ideyalar bölüşülüb. “Aqrar sahədə qadınların rolu: dəstək mexanizmləri və təşəbbüslər” adlı panel müzakirəsində isə kənd qadınlarının aqrar sektorda iştirakının artırılması, onların sosial-iqtisadi fəallığının yüksəldilməsi və mövcud dəstək proqramlarının əhəmiyyəti müzakirə edilib.

II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirələr sabah davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri