Icma.az
close
up
RU
Azər Ayxan: Qərb mediasının qeyri obyektiv yazıları Azərbaycanın yolunu kəsə bilməyəcək

Azər Ayxan: Qərb mediasının qeyri obyektiv yazıları Azərbaycanın yolunu kəsə bilməyəcək

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda keçirilən COP29 “Bakı sıçrayışı” kimi adlandırıldı və bu da orada qalan bir irsdir.

Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, - deyən dövlət başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib.

Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post“, “New York Times“, “News Week”, “Politico”, “Associated Press“in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb.

Tanınmış jurnalist, “Globalinfo.az” saytının təsisçisi və baş direktoru Azər Ayxan “Sherg.az”a bildirib ki, Azərbaycana qarşı hər zaman Qərb mediasından qərəzli mövqelərin şahidi oluruq: 

“Xüsusilə də 2020-ci  ildə Azərbaycan işğal altındakı torpaqlarını ermənilərdən azad edəndən sonra bu qərəz başqa bir forma almağa başladı. Artıq Azərbaycan həm regionda, həm də dünyada sayılıb-seçilən bir dövlət formatına gəldiyi üçün, Ermənistan kimi kənar yerlərdən, xüsusilə də Qərb paytaxtlarından tapşırıqlar, direktivlər almadığı və müstəqil xarici siyasət yürütdüyü üçün dövlətimizə və Prezidentə qarşı Qərb mediası tərəfindən qarayaxma kampaniyaların tez tez şahidi oluruq. Bu isə yalnız o ölkələrdə fəaliyyət göstərən medianın, jurnalistlərin fəaliyyəti deyil. Bu, həmin dövlətlərin başında dayanan şəxslərin birbaşa tapşırığı və tövsiyəsi ilə həyata keçən məsələdir. Azərbaycan bu gün nəhəng, qlobal tədbirlərə ev sahibliyi edir. İndiyə qədər oxşar tədbirlər paytaxt Bakıda bir neçə dəfə keçirilib. Bunun ən, yadda qalanlarından biri də 2024-cü ilin noyabrında keçirilən COP29 sammiti idi. O ərəfədə və ondan sonrakı günlərdə də biz xarici mediada, xüsusilə də Qərb mediasının qərəzli münasibətinin şahidi olduq.  Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz yolu ilə,  əzmi ilə irəliləyir. Bu cür şantaj yanaşmalar, qeyri obyektiv yazılar Azərbaycan dövlətinin yolunu kəsə bilməyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri