Icma.az
close
up
RU
Yaxşı redaktor yaralı yerimizdir Azər Ayxan

Yaxşı redaktor yaralı yerimizdir Azər Ayxan

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Globalinfo.az saytının 2 yaşı tamam olub.

Globalinfo.az-ın xüsusi günündə saytın təsisçisi Azər Ayxan Modern.az-ın həmsöhbəti olub.

– Azər bəy, media məkanında 2 ildir mövcud olan Globalinfo.az özünə layiqli yer tapa bilibmi?

– Media elə bir sahədir ki, orada sabit qalmaq mümkün olmur. Yerdəyişmələr baş verir. Xəbərin aktuallığına, eksklüzivliyin çoxluğuna, yanaşma orijinallığına görə tez-tez İP-də dəyişiklik olur. Amma ilk 10-luq, ilk 15-lik, ilk 20-likdə qərarlaşmaq, orda mövqeyini qorumaq heç də asan deyil. Biz qısa müddətdə bunu bacardıq. İllərin saytları ilə yarışmaq, onların arasında yer tutmaq, mövqeyə sahiblənmək asan iş deyil. Bunun üçün kollektiv əmək, orijinal yanaşma, siyasi dünyagörüş, əzm, peşəkarlıq tələb olunur. Globalinfo.az kollektivində sadaladığım keyfiyyətlər olduğundan, koordinasiya yaxşı təşkil edildiyindən, illərlə yığılmış təcrübədən səmərəli istifadə nəticə verdi.

– Bu 2 ili necə xatırlayırsınız?

– Sanki iki gün öncə kimi xatırlayıram. Biz saytı 2022-ci ilin sentyabrından onlayn rejimdə çalışdırmağa başladıq. Amma tələsmədik. Düşündük ki, baza yığaq, kollektivi formalaşdıraq, ofisə köçək, özəl yazılar hazırlayaq, sonra elan edək. Bu da 2 aya yaxın çəkdi. Başımız işə o qədər qarışır, elə ciddi çalışırıq, bəzən günlərin, ayların, illərin necə gəlib keçdiyini fərq etmirik. Şikayətçi deyilik, duaçıyıq…

– Sayt olaraq, qarşınıza qoyduğunuz əsas hədəfləriniz nələrdir?

– Çox oxunmaq, sevilmək. Təbii, pul qazanmaq kimi hədəfimiz də var. Media həm də biznes strukturudur. Reklam bazarından biz də öz payımızı almağa çalışırıq. Amma bundan öncə istərdik ki, reklam bazarı daha yaxşı formalaşsın, ədalətli bölgü olsun. Haqqı çatan saytlar bu bazardan gəlir əldə edib daha da böyüsün. Böyümək, inkişaf etmək, qlobal mediaya çevrilmək əsas hədəfimizdir.

– Hazırda kadr baxımından vəziyyət necədir?

-Yaxşı müxbir tapmaq, ya da onu yetişdirmək mümkündür. Amma yaxşı redaktor tapmaq… Bu məsələ yaralı yerimizdir. Azərbaycan mediasında çox ciddi redaktor defisiti var. Məncə, bu məsələ çox ciddi şəkildə nəzarətə götürülməli, kadrların yetişməsi üçün lazımlı addımlar atılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri