Azər Bağırov: Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Kəpəz" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan.
- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?
- Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.
- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?
- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.
- Komandanın içində olan problemləri tapa bildiz?
Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 15 Mart 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















