Azər Bağırov Turan Tovuz un iki futbolçusunu Kəpəz ə gətirmək istəyir EKSKLÜZİV
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cari mövsümdə əsas məqsədi elitada yerrini qorumaq olan "Kəpəz" qış fasiləsində heyəti gücləndirməyə çalışır. Kluba yaxın mənbədən Sport24.az daxil olan bilgiyə əsasən, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov "Turan Tovuz"un iki futbolçusunu yanında görmək istəyir.
Söhbət Xəyal Nəcəfov və Abdulla Rzayevdən gedir. Mənbəmizin sözlərinə inansaq, Bağırov hər iki futbolçu artıq şəxsən əlaqə saxlayıb və onlardan cavab gözləyir.
Qeyd edək ki, 23 yaşlı Rzayev ötən yay Tovuz təmsilçisinə qoşulub. Onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. O, cari mövsümdə "boz qurdlar"ın heyətində Premyer liqada cəmi 2 matça çıxıb. 28 yaşlı Xəyal isə bu mövsüm 8 görüşdə meydanda olub və aktivində 1 məhsuldar ötürmə var. Onun da tovuzlularla anlaşmasının müddəti gələn ilin yayında bitir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















