Icma.az
close
up
RU
Azər Bağırov: Başqa Kəpəz görəcəyik

Azər Bağırov: Başqa Kəpəz görəcəyik

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İstədiyimiz oyunu sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Vaxt keçdikcə oyun sarıdan başqa "Kəpəz" görəcəyik".

"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, komandamızı sona qədər dəstəklədilər. İnanıram ki, futbolçular dəstəyin qarşılığını onlara meydançada verdilər. Yaxşı futbol oynadıq. Texniki tərəfdən bəzi çatışmazlıqlarımız var. Amma oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Vaxt keçdikcə oyun sarıdan başqa "Kəpəz" görəcəyik".

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 24-cü turunun "Turan Tovuz"la (1:1) görüşdən sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Jo Batişta ötən turda "Neftçi"yə də oxşar qol vurmuşdu. Bu gün də "Kəpəz"in qapısına yol tapdı. Ani diqqətsizlik oldu ki, qol burxdınız?
- Yox, mən elə deməzdim, səhv oradan başlamadı. Səhv daha irəlidə idi. Top bizdə olarkən, itirməyimiz həmin zonanın boş qalmasına, sonda qapımıza vurulan qola gətirib çıxardı. Bir zonanı boşaldırsansa, digər zonalardakı boşluqlar dərhal sezilir. Rauf Hüseynli də maksimumu etməyə çalışdı, amma əfsuslar olsun ki, ayağı sürüşdü. Biz əks-hücuma keçməkdən, rəqib bizi azlıqda tutdu. Futboldur, rəqibin də usta oyunçuları var. Onların da bacarıqlarını danmaq olmaz.

- "Kəpəz" bu gün bəlkə də ən yaxşı oyununu oynadı. Daim bu cür oynamağa nə imkan vermir?
- Son matçlarda "Kəpəz" daha istəkli oynayır. "Sumqayıt", "Zirə"yə qarşı oyunlar... Bu gün "Turan Tovuz"a qarşı da istəkli idik. Qeyri-stabil olduğumuzu deməzdim. Son 4-5 oyundur ki, göz dəyməsin, stabil oynayırıq. Meydançada əsl futbol oynayırıq. Hamı maraqlı futbol izlədi. Futbolçularıma təşəkkür edirəm ki, dediklərimi meydançada həyata keçirdilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Mart 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri