Icma.az
close
up
RU
Azər Baxşəliyevdən yazan İlkin Həsəni: Bir il oldu...

Azər Baxşəliyevdən yazan İlkin Həsəni: Bir il oldu...

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aktyor Azər Baxşəliyevin ölümündən bir il ötür. 
Demokrat.az xəbər verir ki, aparıcı İlkin Həsəni bununla bağlı paylaşım edib. O, yayımladığı arxiv görüntülərindən ibarət videoda bunları deyib:
"Bir ilk keçdi. Zamanın ölçüsü dəyişdi sanki. Günlər keçdi, fəsillər dəyişdi, amma bəzi səslər olduğu yerdə qaldı. Gülüşün və bir cümləni yarımçıq qoyub baxışınla tamamladığın anlar, arxiv videolarda donub qalan saniyələr ağır gəlir. Çünki bilirsən ki, o anlar geri qayıtmır. Amma itib də getmir.
Bir il əvvəl həyat bir "pausa" düyməsinə basdı, sonra yenidən davam etdi. Amma ritmi tamam başqa cür idi. Hamı "zaman hər şeyi sağaldır" dedi. Zaman sağaltmadı, öyrətdi. Yoxluqla yanaşı yaşamağı, boş qalan yerləri xatirələrlə doldurmağı, səssizliyin bir də dili olduğunu.
Bu videolarda təkcə sən yoxsan: dostluq, səmimiyyət, heç vaxt yarım qalmayacaq ümidlər var. Kadrlar dəyişir, amma hiss dəyişmir. Sən bizim yaddaşımızda həmişə eyni qalacaqsan: olduğun kimi, səsinlə, baxışınla, zarafatlarınla. Biz buradayıq, səsninlə bağlı hekayələri danışmağa davam edirik.
Güləndə səni xatırlayırıq, elə susanda da. Çünki getmək yox olmaq demək deyil. Bəzən sadəcə başqa cür qalmaqdır. Bir il oldu, sənin yoxluğunla yaşamağı bacardıq, amma alışmadıq. Alışmaq da istəmirik, çünki sən bizim həyatımızın keçmişi yox, içində qalan bir hissəsisən. Darıxırıq, darıxacayıq". 
Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından ötən ilin yanvarında vəfat edib. 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Yanvar 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri