Cavabı hər dəfə gecikdirib, sonda imtina verdilər İlkin Həsənli Azər Baxşəliyevdən danışdıVİDEO
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Mərhum aktyor Azər Baxşəliyevlə bağlı dostu İlkin Həsənli maraqlı fakt açıqlayıb.
Lent.az-ın məlumatına görə, Xəzər TV-də qonaq olan İlkin Həsənli deyib ki, Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılıbmış: " Onu sevən tamaşaçılardan biri təmannasız donor olmaq istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Bir az da bu olay Azəri sarsıtdı..."
Qeyd edək ki, mərhum aktyor böyrək çatışmazlığından əziyyət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Yanvar 2025 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















