Icma.az
close
up
RU
Azər Əsgərov hakim qarşısında

Azər Əsgərov hakim qarşısında

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda üç nəfərə qarşı xüsusi ilə külli miqdarda dələduzluqda təqsirləndirilən Azər Əsgərovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Azər Əsgərova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər Əsgərovun iş qurmaq adı ilə üç nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Zərərçəkənlərdən ikisi Türkiyə vətəndaşıdır. Ümumi dəymiş ziyan isə 2 270 746 manatdır.

Mətbuatda yayılan məlumata görə, Azər Əsgərov Prezident Administrasiyasının məsul işçisi olan Arif Novruzovun kürəkəni olub. Bir neçə rayonun kuratoru kimi çalışan Arif Novruzovun işdən çıxarılmasına səbəb də elə kürəkəninin onun adından dələduzluq etməsi olub. O, həmin vaxt 4 nəfərə qarşı 500 min manatdan çox dələduzluqda ittiham edilirdi. Azər Əsgərov ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin vaxt Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb. Başqa bir tanışına isə Azər Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə "iPhone" markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.

Bundan başqa, Azər Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 70 000 ABŞ dolları (119 000 manat) məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.

Qeyd edək ki, Azər Əsgərovun qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, Arif Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edənlərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb ediliblər.

Arif Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Əsgərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmişlərdən ikisinin (mülki iddiaçılar) apellyasiya şikayəti qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. İş üzrə mülki iddiaçı olan iki şəxsin mülki iddiaları təmin edilib. Belə ki, iş üzrə mülki cavabdeh Azər Əsgərovdan 2 270 746 manat məbləğində maddi ziyan, həmçinin 1 926 manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxslərə verilməsi barədə qərar çıxarılıb. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 May 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri