Icma.az
close
up
RU
Siyasət Əsgərov üzr istədi

Siyasət Əsgərov üzr istədi

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Millətlər Liqasında keçirilən qadın futbolçulardan ibarət Azərbaycan - Litva oyunundan (0:5) sonra millinin baş məşqçisi Siyasət Əsgərov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

- Çox səhvlərimiz oldu. İlk 10 dəqiqədə qızlar komanda olaraq hara düşdüklərini bilmədilər. Uşaqlar çox həyəcanlı idi. Düşünürəm ki, ilk 10 dəqiqədə buraxdığımız qollardan sonra ruhdan düşdük. Fasilədən sonra sistemdə də fərqliliklər etdik. İstədik, qollar vuraq. Şanslarımız oldu, amma sonluq çatmadı. Məğlubiyyətin səbəbkarı mənəm. Komandaya da dedim. Belə məğlubiyyət olmamalı idi. Bu rəqib İspaniya, Danimarka deyil. Onları səfərdə məğlub etmişdik. Komanda sanki rəqibə yuxarıdan aşağı baxdı. Tribunaya gələnlərə təşəkkür edir, komanda adından üzr istəyirəm.

- Millidən rahat 4 qol gözləyirdim. Günahkarın siz olduğunu dediz. Nədə səhv etdiniz?

- Bugünkü oyunda ilk dəfə fərqli sistemlə - 5-3-2 ilə çıxdıq. Çoxlu qollar vurmaq istəyirdik. Öndə çoxaldıq, amma cinahlarda boşluqlar verdik. Rəqib də bundan yaxşı istifadə etdi. 3 mərkəz müdafiəçi ilə oynadıq. Arxa xətt oyunçularımız rəqibə nisbətən daha ləng idi.

- Nazlıcan, Bakaradze nə üçün oynamadı? Aytac isə ehtiyatda başladı... 

- Nazlıcan vərəqə cəzalısı idi. Bakaradze isə zədələnib. Aytac zədədən yeni qayıtmışdı. Həm də son oyunlarda Nərgiz yaxşı təsir bağışlamadı.

- Federasiya rəhbərliyi qələbə üçün hansısa mükafat vəd etmişdi?

- Uşaqlara dedim ki, Azərbaycanda keçirdiyimiz yeganə oyundur ki, azarkeşlər bu qədərdir. Rəhbərliyin qadın futboluna baxışı yüksək səviyyədədir, dəstək olurlar. Mükafata gəlincə, gərək qələbə qazanasan ki, nəsə alasan. Bu nəticədən sonra rəhbərliyin qarşısına çıxmaq çətindir. Rəhbərliyin qadın futbolu ilə bağlı yaxşı fikirləri var. Qələbə qazansaydıq, yəqin, qarşılığı olardı.

- Aysun Seydiyeva karyerasını nə üçün bitirib?

- Aysunu futbola mən qaytarmışam. Ana olduqdan sonra da yığmaya qaytarmışam, dəstək olmuşam. Bəzi anlarda diqqətsizlik ola bilər. Biz onun qərarına hörmətlə yanaşırıq. Komanda daxilində problem yoxdur.

- Düşünmürsüz ki, qızlar sizinlə işləmək istəmir? 

- Bilsəm ki, fayda vermirəm, burda qalmaram. 

- Süni örtüklü meydança oyununuza nə dərəcə təsir etdi?

- Hücumçumuz qaçmağda çətinlik çəkir. Məşq prosesində də qaçan zaman ayağında ağrılar oldu. Onunla yanaşı, daha bir futbolçumuz zədə almışdı. Sintetik örtüyün bizə xeyri yoxdur. Amma bunun bəhanə olmasını istəmirəm.

- Yığmadakı gələcəyinizi necə görürsünüz?

- Bu hesabdan sonra rəhbərliyin sualları olacaq. Rəqib o dərəcə güclü komanda deyil. Bir məğlubiyyətlə buranı buraxacağıqsa, gərək özümüzə yer axtaraq. Qaçmaq asandır, önəmli olan vəziyyəti düzəltməkdir. Səhvlərdən nəticə çıxarmalıyıq. Düzəlmirsə, getməliyəm. Düşünürəm ki, bu qədər gözəl işlər görüb, bir məğlubiyyətə görə getmək doğru olmaz. Məğlubiyyət məni çox üzdü. Qələbə üçün meydana çıxmışdıq. İndi məğlubiyyətdən sonra şanslarımız da çətindir. Monteneqro qələbə qazansa, pley-off oynayacağıq, uduzsa isə bütün şansımız bitəcək.

- Premyer Liqa klubları burda oynayır və həmişə narazılıq edir. Burda oynamağa səbəb nə idi?

- Düşünürdük ki, azarkeşlər gələcək və yaxşı oyun göstərəcəyik. Azarkeşlərin oyunlara gəlməsi üçün hər şeyi etdik.

- Millinin bir neçə futbolçusu şou xarakterli Media Liqada oynadı. Bu haqda fikirləriniz nədir?

- Bu, reklam xarakterli idi. Məqsəd qadın futboluna diqqəti artırmaqdır.

- Bu gün Fidanın oynamamağı nə ilə bağlıdır?

- Zədəsi yoxdur. Media Liqada yüngül zərbə almışdı. İndi oynamaması bununla bağlı yox, forması ilə bağlıdır.

- Toplanışa yeni futbolçular cəlb olunmuşdu. Onların durumu nə yerdədir?

- Bu gün qazancımız iki gənci oynatmağımızdır. Ayşən və Xanım 17 yaşındadır. Bugünkü yeganə qazanc bu oldu. Aşağıdan gələnlərlə bağlı ürəkaçan durum yoxdur. Çətin durumdayıq. Ümid edirəm, tez zamanda aşağı yaş qruplarından bacarıqlı uşaqlar gələr.

- "Neftçi"nin də baş məşqçisisiniz. Çempionlar Liqasına hazırlıq gedir?

- Hələ püşk atılmayıb. Rəhbərliyin mənimlə davam edib-etməyəcəyini bilmirəm. Ötən il ÇL-də yaxşı nəticələr olmadı. Bu il də birinci mərhələdən başlayacağıq. Çətinliklərimiz olacaq. Püşk üzümüzə gülsə, mərhələ adlaya bilərik.

Nuh Tarverdiyev 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 May 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri