Azər Həşimov “Karvan Yevlax”dan AFFA ya şikayət edib
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azər Həşimov “Karvan-Yevlax”dan AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət edib.
Bunu Yevlax təmsilçisindən kənarlaşdırılan baş məşqçinin vəkili Elcan Həsənli deyib.
O, mütəxəssisin hüquqlarının pozulduğunu söyləyib.
“Bir müddət gözləmə mövqeyi tutduq ki, klub tərəfindən Azər Həşimova kompensasiya ödənilsin və məsələ həllini tapsın. Lakin nəticə çıxmadı. Artıq AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət ünvanlanıb. Sona qədər mübarizəmiz davam edəcək. Bütün bunlar hüquqi işlərdir, məhkəmə prosesi uzun çəkə bilər. Sonda istəyimizə nail olacağımıza inanıram. Qərar bizi qane etməsə, AFFA Apellyasiya Arbitraj Tribunalına üz tutacağıq”, - deyə o, “Report”a açıqlamasında deyib.
Qeyd edək ki, bir müddət əvvəl “Karvan-Yevlax” baş məşqçi Azər Həşimovun müqaviləsinə birtərəfli xitam verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















