Icma.az
close
up
RU
Azər Həşimov: Məğlub olsaq da...

Azər Həşimov: Məğlub olsaq da...

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Üçüncü oyunumuzdur ki, oynayırıq. Hər görüşdən sonra öz oyunumuzu təhlil edirik, daha da yaxşı olmağa çalışırıq. Yevlaxdan gələrək, bizə dəstək olan azarkeşlərə də təşəkkür edirəm. Bizi tək qoymurlar. "Qarabağ"ın çox güclü olması hamıya bəllidir. Döyüşkən mübarizə apardıq. Birinci hissədə də iki qol imkanımız var idi. İkinci hissədə isə "Qarabağ" 2-ci qolu vurdu, qalib gəldi. "Qarabağ"a çempionatda və ÇL-də uğurlar arzulayıram".

Sport24.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 3-cü turunun "Qarabağ"la(0:2) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"la oyun üçün futbolçuları motivasiya etməyə ehtiyac var idi? Çünki rəqib ÇL-də əsas mərhələdə çıxış edəcək...

Oyundan öncə futbolçularla danışmışdıq. "Qarabağ"a qarşı oynamağın özü elə futbolçular üçün motivasiyadır. "Qarabağ" Azərbaycanın fəxridir. Hər bir futbolçu istəyər ki, "Qarabağ"a qarşı daha yaxşı oynayıb, özünü yaxşı tərəfdən göstərsin. Futbolçularıma aşılayırıq ki, heç bir rəqibdən çəkinmək lazım deyil. Rəqibə hörmətlə yanaşmaq lazımdır, amma adlar önəmli deyil, komandadır önəmli olan. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardı.

- Premyer Liqada artıq üç oyuna çıxmısız. Məqsədlər dəyişib?

Yenə də fikrimiz Premyer Liqada qalmaq və daha yaxşı olmağa can atmaqdır. Birinci oyundan sonra da demişdim ki, heç bir komandaya asanlıqla uduzmayacağıq. Çünki futbolçuların işə yanaşmasını da görürük. Biz də məşqçi olaraq, oyunları analiz edirik. Daha yaxşı olmağa, yaxşı komanda formalaşadırmağa çalışırıq. İstəyirik ki, komandamız döyüşkən, mübariz futbol oynasın və bizi sevən azarkeşləri sevindirək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sport24.az
archiveBu xəbər 31 Avqust 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see461

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see281

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see243

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see227

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see225

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see214

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see207

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see190

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see187

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see163

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see162

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see161

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see160

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see159

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see156

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see155

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see155

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see152

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see149

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri