Icma.az
close
up
RU
Azər Həsrət: “Bu şəxsləri aldatmaq mümkün deyil”

Azər Həsrət: “Bu şəxsləri aldatmaq mümkün deyil”

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda “Media Savadlılığı” həftəsidir.

Dekabrın 16-dan 22 -dək davam edən “Media savadlılığı” həftəsi Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Cəmiyyətin inkişafı üçün vacib məqamlardan olan media savadlılığı insanların mediadan aldığı mesajlarn düzgün şəkilda başa düşülməsi üçün atılan mühüm addımdır.

Media savadlılığı mediadan gələn informasiyaların doğruluğunu təmin edir, məlumatların kim tərəfindən və hansı məqsədlə yayıldığını aydınlaşdırır, həmçinin informasiyaların obyektiv şəkildə analiz olunmasına kömək edir.

Bildiyimiz kimi, müasir dövrdə informasiyalar sürətlə yayıldıqca dezinformasiyaların da yayılma sürətır artır.

Məhz bu dövrdə manipulyativ məlumatların, həmçinin xarici mərkəzlərdən gələn təxribatların qarşısını almaq üçün media savadlılığı vacibdir. Çünki media savadlılığı insanların şəxsi və ictimai həyatında şüurlu olmalarına kömək edir, dezinformasiya və manipulyasiyadan qoruyur.

Gununsesi.info -ya açıqlamasında media eksperti Azər Həsrət qeyd edib ki, cəmiyyətin media savadlılığına ehtiyacı olduğu bir dövrdə “Media savadlılığı” həftəsi çərçivəsində bir sıra məsələlərin izah edilməsi üçün cəhdlər göstərilir.

Onun sözlərinə görə, bir həftə içində görüləcək tədbirlər hər şeyi kökündən həll etməsə də, yaxşı başlanğıc olaraq bunu daha genişləndirmək və məsələnin kökündən həllinə çox böyük töhfə verə bilər:“Media savadlılığı yüksək olan şəxsləri aldatmaq mümkün deyil, onlar qarşılarına çıxan istənilən informasiyaya şübhəli yanaşırlar. Əmin olmadıqları məlumatlarda araşdırma zərurəti hiss edirlər, eyni zamanda xəbərlərin hansı mənbələrdən yayımlandığına da diqqət edirlər. Məlum məsələdir ki, bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil.

Bu gün cəmiyyətdə media ilə məşğul olanların əksəriyyəti media peşəkarı deyil, media ilə məşğul olmur. Amma yeni texnologiyaların sayəsində istənilən şəxs media ilə məşğul olmağa başlaya bilər. Bu kimi qeyri-peşakarlar da yanıltıcı informasiyaların tirajlamasında media savadı olmayanları rahatlıqla alətə çevirə bilir.

Əbəttə, media savadı olan şəxs onun alətinə çevrilməyəcək və saxta xəbərlərin təsirinə düşməyəcək. Ona görə də bu kimi məsələlərdə media savadlılığının yeri əvəz edilməzdir”.

A.Həsrət hesab edir ki, dezinformasiyaların və yalan informasiyaların qarşısının alınmasında media savadlılığı böyük silahdır.

“Azərbaycan istər daxildən, istərsə də xaricdən daimi olaraq media üzərindən dezinformasiya hücumlarına məruz qalır. Bu, daha çox erməni və onların arxasında duran qüvvələr, eyni zamanda, anti-Azərbaycan mövqeyində dayanıb, xaricdən ölkəyə hücum edən vətəndaşlarımızdır. Təəssüf ki, ölkədə vəziyyəti gərginləşdirmək üçün gecə- gündüz çalışan bu şəxslərin addımları media savadlılığı yetərincə olmayan insanlara mənfi təsir edir, onların fikirlərini yayır.

Bu gün ölkə daxilindəki siyasi qüvvələrin də mənfi təbliğatları az deyil. İnsanları daima nigaran və narazı saxlamaq üçün daima yanlış informasiyaları tirajlamaqla və ya istənilən doğru informasiyanı tragik bir şəkildə təqdim etməklə cəmiyyətin emosiyalarını gərginləşdirməklə məşğuldurlqr. Bütün bunlara görə Media savadlılığının artması vacibdir və bir məsələlərin həllində çox mühüm rol oynaya bilər.

Təəssüf ki, cəmiyyəti gərginləşdirmək, insanları qarşıdurmalara sürükləmək, dövlətlə vətəndaş arasında uçurum yaratmaq istəyənlər media savadlılığı olmayan şəxslərə çox rahat təsir edə bilirlər”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri