Icma.az
close
up
RU
“Parlamentimiz fil qulağında yatıb” Azər Həsrət

“Parlamentimiz fil qulağında yatıb” Azər Həsrət

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya Elmlər Akademiyası Azərbaycan dilini öləcək dillər sırasında görür”

Milli Məclisdə “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.

Bu, parlamentin İnsan hüquqları komitəsinin İş planına daxildir. Komitənin bugünki iclasında bir çox aktual məsələlərlə yanaşı, bu məsələ ictimai dinləmələrə daxil edilib və fəaliyyət planı çərçivəsində keçiriləcək. 

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirdi ki, xarici dövlətlərdə Azərbaycan dili deyəndə əlbəttə ki, hər şeydən öncə qonşu İrandakı 40 milyon azərbaycanlının - türkün, yəni bizim soydaşlarımızın öz ana dilində məktəblərinin olmaması, eləcə də Azərbaycan dilinin yaxud da Türk dilinin, onlar orada Türk dili deyirlər, sıxışdırılması məsələsi göz önünə gəlir. Həmçinin, qonşu Gürcüstanda Azərbaycan dili getdikcə sıxışdırılır. Və əlbəttə ki, Rusiyada Azərbaycan dili də daxil olmaqla Türk xalqlarının dillərinin məhv edilməsi prosesinin getməsindən danışmalıyıq: 

- Yeri gəlmişkən deyim ki, Rusiya Elmlər Akademiyası araşdırma aparıb və bu araşdırmanın nəticələrinə görə Rusiyada heç vaxt ölməyəcək tək bir dil, rus dili elan edilib. Yerdə qalan 155-ə qədər dil, yəni Rusiya ərazisində danışılan dillərdən söhbət gedir, ölmə təhlükəsi ilə üz-üzədir. Təsəvvür edirsizmi, onların içində Azərbaycan dili də var. Yəni, Rusiya Elmlər Akademiyası Azərbaycan dilini öləcək dillərdən biri kimi görür. Eləcə də digər Türk xalqlarının dilləri var: tatar, başqurt, yakut, tuva dili, bu tərəfdə Qaraçay, Balkar, Noğay, yəni Qumuq dili. Xakas, Şor, Altay dili.... Saymaqla bitmir. Çoxsaylı Türk xalqlarına aid dillər var ki, onları öləcək dillər sırasında görür Rusiya dövləti. Bu türk xalqları sırasında müstəqil dövləti olan yeganə ölkə, Azərbaycan, yeganə dil Azərbaycan türkcəsidir. Amma bu dili də Rusiya Elmlər Akademiyası öləcək dillər sırasında görür. Bu baxımdan Azərbaycan Milli Məclisinin həyəcan təbili çalması çox yerinə düşür. 

A.Həsrət bildirdi ki, parlamentin dil məsələsi ilə bağlı ictimai dinləmələrin keçirilməsinə qərar verməsi hər nə qədər gecikmiş addım olsa da, faydalıdır: 

- Biz illərdir həyəcan təbili çalırıq. Təəssüflər olsun ki, parlamentimiz fil qulağında yatıb bu illər ərzində, bir dəfə də olsun parlamentin toplantılarında Rusiyada, İranda Azərbaycan dilinin küncə sıxışdırılması, öldürülməsi ilə bağlı müzakilərin açıldığını, əməli qərarlar qəbul ediliyini görmədik. İndi artıq bunu komitə səviyyəsində, təbiidir ki, ardınca da plenar iclasında müzakirə edəcəklərsə, çox istərdik o dinləmələrdə bu problemlə illərdir məşğul olan adamlar iştirak etsin. Amma “mənim tanışım, mənim qohumum, mənim sevgilim, mənim tələbə yoldaşım...” prinsipi ilə müzakirə aparılacaqsa, bir faydası olmayacaq, heç bir işə yaramayacaq. Misal üçün deyirəm, bu günlərdə Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Qarabağa, Şərqi Zəngəzura səfərləri təşkil edilib. Gözəl təbliğatdır və Ermənistanda bundan narahat olublar, erməni təbliğatı buna qarşı əməlli başlı kampanya aparır. Nəticə etibari ilə də Azərbaycanda qeyri-hökumət təşkilatları yığışıb ermənilərə qarşı bəyanat veriblər. Bura qədər hər şey əladır, amma o bəyanatı verənlər arasında şəxsən mən uzun illərdir, 10 illər boyudur Türk dünyasında, dünyada Azərbaycan davası döyən misal üçün deyirəm, 2 əsas təşkilatı görmürəm. Dünya Gənc-Türk-Yazarlar Birliyi, yaxud da Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi. Bütün beynəlxalq təşkilatlarının tanıdığı bir qurumlar, baxırıq ki, o imzalar arasında yoxdur. Niyə? Kimlər bunu təşkil edir? Kimlər edir bu cür ayrı-seçkiliyi? Effektiv fəaliyyət göstərən təşkilatlar kənarda qalır. Qohum qardaşın, dost tanışın, sevgililərin, nə bilim, tələbə yoldaşlarının təşkilatlarını önə çıxır. Və əgər Azərbaycan dili ilə bağlı müzakirə də bu cür aparılacaqsa, aparılmasa yaxşıdır. Biz onsuz da davamızı eləyirik, elə qoysunlar davamızı eləyəcək. Ən yaxşısı budur. Yox əgər, Milli Məclis doğrudan da açıq müzakirə təşkil edib, Azərbaycan dili ilə bağlı həyəcan təbliği çalmaq və bu işlə məşğul olanları da işə cəlb etmək istəyəcəksə, o zaman şəxsən mən alqışlayacağam və biləcəm ki, onlar doğrudan da iş görmək istəyirlər, gözə kül üfürmək üçün hərəkət eləmirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri