Icma.az
close
up
RU
Azər Həsrət: “Millətin aşağılanmasından həzz alanlar var

Azər Həsrət: “Millətin aşağılanmasından həzz alanlar var

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda rus məktəblərinə axın



Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir. Bu barədə MÜTDA məlumat yayıb.  Bildirilib ki, 17 iyul 2025-ci il saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunur. Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər. Məlumatda qeyd edilir ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Məlumatdan görünür ki, ümumtəhsil müəssisələrinin rus bölməsinə 2025-26 tədris ili üçün də qəbul aparılacaq. Deməli, xarici dil - rus dili bölmələrinin şagirdləri yenə dövlətimizin vəsaiti hesabına təhsil alacaqlar. Rusiya ilə münasibətlər ara-sıra gərginləşəndə rus bölmələrinin ləğvi, yaxud da ödənişli olması gündəmə gəlir, müzakirələr açılır, rəylər bildirilir, bir müddət sonra isə “dəyirman” işini davam etdirir. Əslində, kimsə rus bölmələri tamamilə ləğv edilsin fikrində də deyil. Məsələ xarici dilli təhsilin nədən dövlət hesabına aparılmasındadır. Kimin rus dilinə dəyişməz sevgisi varsa, Azərbaycan dilini bəyənməyib övladını rus bölməsində oxutdurmaq istəyirsə (söhbət əlbəttə,  etnik azərbaycanlılardan gedir M.R.), buyursun, ödəniş etsin. 

Öncə qeyd edək ki, prioritet seçim bir neçə təhsil müəssisəsinin təklif olunması, valideynlərə bunlardan hər hansı birini seçməsinin istənməsidir. Sərbəst seçim isə budur ki, valideyn hər hansı təklif olmadan təhsil müəssisəsini özü seçəcək.          


Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında qeyd etdi ki, bizim cəmiyyət, bizim vətəndaşlarımız özlərinə hörmət qoymalıdırlar: 

- Düşünürəm ki, damarında rus qanı axmayan uşağını rus bölməsinə göndərməməlidir. Rusiya bizi bu qədər təhqir edir, aşağılayır, üzərimizə gəlir. Rusiya Prezidenti V.Putin qərar verir ki, keçmiş sovetlər məkanında rus dilini ayaqda tutacaq, bu dilin tədrisini məcburi edəcək, amma bizim bəzi vətəndaşlarımız hələ də rus təsiri altındadır. Hər bir azərbaycanlı “mən kiməm?” deyə özünə bir sual verməli, milli qürurunu oyatmalı və bir qərar verməlidir ki, Rusiyanın ölkəmizə, azərbaycanlılara bunca basqıları, təhqirləri, işgəncələri qarşısında övladımı rus məktəbində oxudan deyiləm. Kim bu qərarı verəcəksə, həqiqətən də Vətənini, dövlətini sevən şəxsdir. Və bunu sözdə, sözgəlişi deyil, əməli ilə sübut etmiş olacaq. Hələlik qanunla biz bu məsələdə təzyiq edə bilmirik. Amma vətəndaşlarımız özləri qərar verə bilər. Hər kim ki Rusiyanın təzyiq və basqılarına, təhqirlərinə etinasız qalıb övladını rus bölməsində oxutdurmaqda davam edir, deməli, millətin, xalqın aşağılanmasından həzz alır, qəsdən aparıb övladını rus bölməsinə yazdırır. Millət bu məsələdə seçimini etməlidir artıq. Özünə hörmət edən azərbaycanlı Rusiyanın bütün bu bəd əməllərindən sonra övladını rus bölməsinə göndərməz. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri