Icma.az
close
up
RU
Azər Hüseynov: ABŞ Netanyahu ilə açıq qarşıdurmaya getməyəcək

Azər Hüseynov: ABŞ Netanyahu ilə açıq qarşıdurmaya getməyəcək

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ administrasiyası İsrailin baş naziri Benyamin Netanyahunun sərt açıqlamalarına baxmayaraq, Vaşinqtonun Qəzza ilə bağlı tələblərinin yerinə yetiriləcəyinə inanır. Birləşmiş Ştatların bu mövqeyi nədən qaynaqlanır? Netanyahu daxili siyasi auditoriyaya hesablanmış ritorika ilə çıxış edir, yoxsa İsrail hökumətinin mövqeyində real dəyişiklik yoxdur?

Qaynarinfo bu və digər sualları konfliktoloq Azər Hüseynova ünvanlayıb.

– Vaşinqton Netanyahunun sərt açıqlamalarına baxmayaraq, onun ABŞ-ın Qəzza ilə bağlı tələblərini yerinə yetirəcəyinə inanır. Sizcə, bu əminliyin arxasında nə dayanır?

– ABŞ hesab edir ki, Netanyahunun sərt açıqlamaları daha çox daxili auditoriyaya hesablanıb. Ona görə də Vaşinqton bu ritorikanı danışıqlar prosesinin pozulacağı anlamında qiymətləndirmir və dialoqun davam edəcəyinə ümid edir. Fələstin məsələsini beynəlxalq gündəmdən çıxarmaq mümkün deyil. Bu mövzu uzun illərdir Yaxın Şərq siyasətinin əsas məsələlərindən biridir. ABŞ-ın regionda çoxsaylı tərəfdaşları, o cümlədən müsəlman ölkələri var. Həmin ölkələrin cəmiyyətləri üçün Fələstin məsələsi son dərəcə həssasdır. Buna görə Vaşinqton İsraildən müəyyən öhdəlikləri yerinə yetirməsini gözləyir və eyni zamanda bölgədə yaranmış vəziyyətin daha da dərinləşməsində maraqlı deyil.

– Netanyahunun sərt ritorikası qarşıdakı Knesset seçkilərində onun mövqeyini gücləndirə bilərmi?

– Şübhəsiz ki, bu prosesə təsir göstərəcək. Netanyahunun əsas elektoratı daha çox sərt, “şahin” siyasətin tərəfdarlarından ibarətdir. İsrail cəmiyyətində liberal və praqmatik mövqeləri, ərəblərlə dialoqu və danışıqları müdafiə edən dairələr də var. Lakin ölkənin siyasi sistemində təhlükəsizlik məsələsi həlledici amillərdən biridir. İsrailin xarici siyasətinin əsas mahiyyəti təhlükəsizliyin təmin olunması üzərində qurulub. Regionda gərginlik artdıqca, hərbi və sərt ritorikaya tələbat da yüksəlir. Bu baxımdan, İranın son dövrdə nümayiş etdirdiyi xarici siyasət və regionda təhlükəsizlik risklərinin artması Netanyahu üçün siyasi dividendlər yarada bilər. Yəni paradoksal vəziyyət yaranır: regionda gərginlik artdıqca, Netanyahunun siyasətinin tənqid olunması əvəzinə onun təhlükəsizlik məsələsində sərt mövqeyi cəmiyyətin müəyyən hissəsində daha çox dəstək qazana bilər.

– Əgər Netanyahu ABŞ-ın gözləntilərini doğrultmasa, Vaşinqton ona qarşı hansı təzyiq mexanizmlərindən istifadə edə bilər?

– Hazırkı mərhələdə ABŞ-ın Netanyahuya qarşı ciddi təsir imkanlarının olduğunu düşünmürəm. Çünki Vaşinqtonun özü regionda kifayət qədər mürəkkəb vəziyyətlə üz-üzədir. Hörmüz məsələsində yaranmış problemlər, Körfəz regionunda gərginlik və ABŞ-ın resurs imkanlarının məhdudlaşması Vaşinqtonun manevr imkanlarını azaldır. ABŞ daha çox regiondakı əsas problemləri həll etməyə, Hörmüz məsələsində müəyyən nəticə əldə etməyə və Körfəz istiqamətində sabitliyi təmin etməyə çalışır. Bundan sonra Vaşinqtonun regiondakı iştirakını azaltmaq istəməsi də mümkündür.

Belə bir şəraitdə ABŞ-ın Netanyahu ilə açıq siyasi qarşıdurmaya getməsi real görünmür. Vaşinqton üçün əsas məsələ öz maraqlarını və siyasi imicini qorumaqdır. Digər tərəfdən, Netanyahu ABŞ-da da kifayət qədər ciddi siyasi dəstəyə malikdir. İsrailə rəğbət bəsləyən və Amerika siyasətində təsir imkanları olan güclü diaspor dairələri mövcuddur. ABŞ-da heç bir siyasi rəhbər belə təsirli qruplarla münasibətləri asanlıqla qarşıdurma səviyyəsinə gətirmək istəməz.

Ona görə də hesab edirəm ki, Vaşinqton Netanyahuya qarşı açıq qarşıdurmadan daha çox diplomatik təzyiq, siyasi manevr və pərdəarxası danışıqlar yolunu seçəcək. ABŞ üçün hazırda İsraillə münasibətləri tamamilə pozmaqdan daha çox, Netanyahu hökumətini müəyyən çərçivədə saxlamaq və regionda nəzarətdən çıxan proseslərin qarşısını almaq vacibdir.

Qeyd edək ki, Vaşinqton administrasiyası İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamalarına baxmayaraq, İsrailin Qəzza zolağı ilə bağlı tələbləri yerinə yetirəcəyinə əmindir. Belə məlumatla Axios və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid X hesabında çıxış edib. Onun istinad etdiyi ABŞ rəsmisinin sözlərinə görə, Ağ Ev Netanyahunun İsrailin Sülh Şurasının Qəzza zolağı üçün 15 maddəlik planını rədd etməsi və HƏMAS tərksilah olunana qədər Fələstin anklavından çəkilməyəcəyi barədə açıqlamalarından “narahat deyil”.

Məlumatda həmçinin deyilir ki, ABŞ Netanyahunun açıqlamalarının 27 oktyabrda İsraildə keçiriləcək parlament (Knesset) seçkiləri ilə bağlı olduğunu bilir:

“Biz Netanyahunun siyasi ehtiyaclarını başa düşürük. Xüsusilə Qəzzada hücumların qarşısını almaq üçün xahiş etdiyimiz işi davam etdirdiyi müddətcə bu, bizim üçün problem deyil”.

ABŞ rəsmisi qeyd edib ki, Netanyahu ötən həftə ABŞ prezidenti Donald Tramp və Amerika liderinin kürəkəni Cared Kuşnerlə telefonla danışıb. İsrail baş naziri daha sonra yuxarıda qeyd olunan plana “bir şans verəcəyinə” və “demilitarizasiya prosesinin başlaması üçün Qəzza zolağına hücumları məhdudlaşdıracağına” söz verib. Qeyd olunur ki, ABŞ onun bu vədi yerinə yetirəcəyinə əmindir.

Siyasət şöbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Avqust 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri