MPL: Azər Bağırovla Cavid Hüseynov sabiq komandalarına qarşı
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, tura bu gün 2 oyunla yekun vurulacaq.
Günün ilk matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qonaq edəcək. Qonaqlar cari mövsüm ilk qələbə arzusundadırsa, "aslanlar" liderlərə yaxınlaşmaq üçün xal itirməməyə çalışacaq. Qarşılaşma hər iki komandanın baş məşqçisi üçün prinsipialdır. Belə ki, həm "Şamaxı"nın baş məşqçisi Azər Bağırov, həm də "Araz-Naxçıvan"ın çalışdırıcısı Cavid Hüseynov sabiq komandası ilə üz-üzə gələcək.
Millinin oyunları ilə bağlı iki həftəlik fasilə ərəfəsində baş tutacaq tura Gəncədə yekun vurulacaq. "Kəpəz" ardıcıl 4-cü ev oyununda "Sumqayıt"la gücünü sınayacaq. Sonuncu pillədən qurtulmağa çalışan "kimyaçılar" qərb səfərindən qalib dönməyə və beləliklə, həm də qələbəsizlik seriyasına son qoymağa çalışacaq. Əks halda, bu, "Sumqayıt"ın baş məşqçisi Felipe Kandidunun fasilədə istefaya göndərilməsinə yol aça bilər.
Qeyd edək ki, turun daha öncə keçirilmiş oyunlarda “Neftçi” “Qəbələ”yə (3:0), “Qarabağ” “Şəfa”ya (1:0), "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə (3:1) qalib gəlib.
Premyer Liqada 7-ci turun oyunları 9-11 oktyabrda keçiriləcək.
Misli Premyer Liqası
6-cı tur
20 sentyabr
16:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu.
19:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 Sentyabr 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















