Azər Məmmədov Qaxda sakinlərlə görüşdü
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qax rayonunda baş tutub.
"Azəriqaz"dan Axar.az-a verilən məlumata görə, Birlik rəhbəri Qax, Şəki, Oğuz və Bərdə rayonlarından qəbula gələn vətəndaşların müraciət və şikayətlərini dinləyib.
Müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının əvəzlənməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.
Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 28 Avqust 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















