Icma.az
close
up
RU
Azər Qasımlının işində zərərçəkmiş: Uşağımı qaçırmaqla hədələyirdi KONKRET

Azər Qasımlının işində zərərçəkmiş: Uşağımı qaçırmaqla hədələyirdi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurbanəli Yusifovun nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, zərərçəkmişlə yeni müqavilə bağlayıb, cinayət işi ilə tanış olmayıb. O, məhkəmənin təxirə salınmasını, ona işlə tanış olması üçün vaxt verilməsini istəyib.

A.Qasımlının vəkilləri buna etiraz ediblər.

Vəsatət təmin edilməyib.

Daha sonra zərərçəkmiş qismində Q.Yusifov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, dostluq münasibətləri olub və bir-birinin evinə qonaq gediblər: “Biz Real partiyasından tanış olmuşuq. Mən partiyanın iclaslarında iştirak etmişəm. Partiyadan ayrılandan sonra da münasibətlərimiz olub”.

Zərərçəkmişin sözlərinə görə, A.Qasımlı ona borclu olduğunu iddia edir: “Mənim şəxsə borcum olmayıb. Bizim işbirliyimiz olub. Kriptovalyuta işi ilə əlaqəm olub. Bununla bağlı mənim çıxışlarım da var. Mən çıxışlarımda bunun qazancı olduğu kimi, risklərini də izah etmişəm. Azər Qasımlı da bu işlə məşğul olmaq istəyib. Ona da qazancla yanaşı, uduzmaq riski olduğunu demişəm. Mənim heç vaxt hesabdan çıxarış etmək imkanım olmayıb. Bununla bağlı mən kommersiya məhkəməsində demişəm”.

Zərərçəkmiş qeyd edib ki, Azər Qasımlı işə 20 min dollar yatırım edib: “Sonra müharibə dövründə internet olmayan vaxt birjalarda kriptovalyutalar dəyər itirdi. Azər ziyanın əvəzi olaraq bitkoin tələb eləməyə başladı. Axırda onunla mübahisə nəticəsində pulunu qaytarmağa razılaşmışdım. Sadəcə, o məndən pul yox, bitkoin tələb edib. Birinci dəfə təzyiq altında 45 min dollar borclu olmağım barədə sənəd imzalatdırdı. O sənədi Azərin həyat yoldaşı Samirənin ofisində imzalamışam. Tez-tez zəng elədi, onun əlindən ölkədən getdim. Sonra mənə zəng edib ailə üzvlərimi hədələyirdi, uşağımı qaçıracağını deyirdi. Mənə Türkiyə nömrəsi ilə zəng edib deyirdi ki, sən harada olsan, tapacam”.

Məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

Belə ki, A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda, özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb. Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.

Bundan savayı, A.Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O özünün zərər çəkdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri